16 oktyabr 2021, 16:10

Telman Cabbarovdan, Sumqayıt, Azərbaycan

Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan.

Qubadlı rayonunun işğaldan azad olunmasının bir ili tamam olur. Qubadlının işğaldan azad olunması ilə təkcə qubadlılara deyil, bütün azırbaycanlılara yaşatdığınız sevnc hisslərinə, bəxş etdiyiniz xoşbəxtliyə görə Sizə minnətdarıq.

Doğma yerləri görmək xəyalı belə bizi çox təsirləndirir. Azad olan bütün torpaqlar hamısı bizimdir, hamısı doğmadır. Həmin ərazilərdə görülən işlər bizim yaxın günlərdə doğma torpaqlara qayıdacağımıza əminlik verir.

Xalqımızın rifahı yolundakı gərgin fəaliyyətinizdə Sizə yeni uğurlar, uzun ömür, cansağlığı arzulayırıq.

Allah Sizi qorusun!

Hörmətlə,

Cabbarov Telman İmran oğlu

Qubadlı rayonundan məcburi köçkün

Azərbaycan Respublikası, Sumqayıt şəhəri