16 oktyabr 2021, 14:10

Elçin İsgəndərovdan, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident.

Sizin rəhbərliyinizlə rəşadətli Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində 30 ilə yaxın həsrət qaldığımız torpaqlarımızı işğaldan azad etdi və xalqımız şanlı hərflərlə Qələbə sözünü tarixə yazdı.

Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda canından keçən səhidlərimizin ruhu qarşısında baş əyirik. Hər il 31 avqustu Qubadlının işğal günü kimi qeyd edən biz qubadlılar, Sizin və rəşadətli Azərbaycan ordusunun sayəsində artıq 25 oktyabrı Qubadlının işğaldan azad olunması gününü kimi qeyd etməyə hazırlaşırıq. Bu sevincli günü biz qubadlılara bəxş etdiyiniz üçün ailəmiz adından Sizə minnətdarlığımızı bildiririk. İnanırıq ki, Sizin rəhbərliyinizlə tez bir zamanda öz doğma yurd-yuvamıza qayıdacağıq.

Sizə möhkəm cansağlığı və uzun ömür arzulayıram, hər zaman yanınızdayıq.

Hörmətlə,

İsgəndərov Elçin Əhəd oğlu

Qubadlı rayonundan məcburi köçkün

Azərbaycan Respublikası, Bakı şəhəri.