16 oktyabr 2021, 13:30

İmdad İbrahimovdan, Qubadlı, Azərbaycan

Müzəffər Ali Baş Komandan.

Bizim üçün 2020-ci il sentyabrın 27-dən etibarən həyat yenidən başlayıb. Azad olunmuş torpaqlarımıza yeni nəfəs, yeni həyat gəlib. Oktyabrın 25-i Qubadlı rayonunun azad olunması günüdür. Artıq bir ildir ki, torpaqlarımız azaddır. Bu söz qulaqlara necə də xoş gəlir.

Torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizə Allahdan rəhmət, Sizlərə cansağlığı diləyirəm. Bütün bunlar Sizin yürütdüyünüz uğurlu siyasətin nəticəsidir.

Hörmətlə,

İbrahimov İmdad Vəli oğlu

Şəhid ailəsinin üzvü

Azərbaycan Respublikası, Qubadlı rayonu, Həmzəli kəndi.