16 oktyabr 2021, 12:50

Razim Xanışovdan, Qubadlı, Azərbaycan

Müzəffər Ali Baş Komandan.

Oktyabrın 25-i Qubadlı rayonunun azad olunması günüdür. Artıq 1 ildir ki, torpaqlarımız azaddır. Biz öz doğma torpaqlarımıza qayıtmağı səbirsizliklə gözləyirik. Torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizə Allahdan rəhmət, Sizlərə cansağlığı diləyirəm. Bütün bunlar Sizin yürütdüyünüz uğurlu siyasətin nəticəsidir. Siz bütün Azərbaycan xalqının əzizi, Azərbaycan Respublikasının qurucusu olan Ulu Öndərimizin layiqli davamçısı, güclü daxili və xarici siyasət həyata keçirən, iqtisadiyyatı gücləndirən lidersiniz.

Müzəffər Ali Baş Komandan, Sizə bu çətin işlərin qarşısında möhkəm durduğunuza, Azərbaycan gənclərini doğru yola çəkdiyinizə görə təşəkkürümü bildirmək istəyirəm. Sizi çox istəyirik və daim Sizinləyik. Sizin yorulmadan, gecə-gündüz demədən çalışmağınızın nəticəsidir ki, Azərbaycanın bütün regionlarında quruculuq və abadlıq işləri gedir. Bir daha Sizə təşəkkürümü bildirirəm. Allah Sizi Azərbaycan xalqına çox görməsin.

Hörmətlə,

Xanışov Razim Rəhman oğlu

Azərbaycan Respublikası, Qubadlı rayonu, Çərəli kəndi.