16 oktyabr 2021, 11:45

Adil Məmmədovdan, Sumqayıt, Azərbaycan

Möhtərəm cənab Prezident.

Otuz ilə yaxın yurd həsrəti ilə yaşamış biz qubadlıların ən böyük arzusu doğma torpaqlarımıza qayıtmaq idi. Biz doğma torpaqlarımıza qayıdacağımız günü səbirsizliklə gözləyirdik. Sizin rəhbərliyinizlə rəşadətli Azərbaycan Ordusu noyabrın 4-də kəndimizi işğaldan azad edərək bizə sonsuz sevinc və xoşbəxtlik bəxş etdi. Ötən il dekabrın 23-də Sizin Qubadlıya ilk səfəriniz zamanı biz bir daha əmin olduq ki, doğma evlərimizə qayıdacağımız gün uzaqda deyil. Mən bir keçmiş müəllim, ən əsası qarabağlı olaraq bizə torpaqlarımızın azadlığını bəxş etdiyiniz üçün Sizə minnətdaram. Sizin güclü siyasətiniz və “dəmir yumruğ”unuz Azərbaycan Ordusunun gücünü bir daha bütün dünyaya sübut etdi.

Cənab Prezident, həmişə olduğu kimi biz daim Sizin yanınızdayıq. Uca Tanrı Sizi və ailənizi qorusun. Allah Sizin kölgənizi xalqımızın başı üzərindən əskik etməsin.

Hörmətlə,

Məmmədov Adil İbrahim oğlu

Qubadlı rayonu Çərəli kənd sakini

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.