14 oktyabr 2021, 19:00

Vaqif Səfərovdan, Füzuli, Azərbaycan

Möhtərəm cənab Prezident.

Azərbaycan tarixində silinməz izlər buraxan 44 günlük Vətən müharibəsində qazanılan Qələbədə Sizin misilsiz xidmətləriniz danılmazdır. İstər müharibə zamanı dünya liderləri ilə apardığınız danışıqlar, istərsə də xarici media nümayəndələrinə verdiyiniz cavablar Sizin zəngin idrakınızı bir daha göstərdi.

Siz Azərbaycanın bütövlüyünü və müstəqilliyini qoruyub saxlayan, Vətən müharibəsinin taleyini həll edən əsl sərkərdəsiniz. Eşq olsun Sizə, Müzəffər Ali Baş Komandan!

Dünya hərb tarixi dərsliklərinə düşəcək taktika ilə Qarabağın azad olunması Sizin hərbi və siyasi qabiliyyətinizin, müdrikliyinizin təntənəsidir. Siz Azərbaycanın qələbəsini həm hərbi, həm də diplomatik sahədə gerçəkləşdirdiniz.

Uca Allah Sizi, ölkəmizi və xalqımızı qorusun! Allaha şükürlər olsun ki, Siz Azərbaycan xalqının liderisiniz və xalqımız bir nəfər kimi Sizin yanınızdadır.

Hörmətlə,

Səfərov Vaqif Murtuza oğlu

Azərbaycan Respublikası, Füzuli rayonu, Qayıdış qəsəbəsi.