14 oktyabr 2021, 18:35

Arzuman Tağıyevdən, Lənkəran, Azərbaycan

Hörmətli və əziz Prezident, Müzəffər Ali Baş Komandan.

Sizin rəhbərliyinizlə Vətən müharibəsinin 44 günü ərzində aparılan əməliyyatlar şanlı Qələbə ilə sona çatdı.

Döyüş meydanında ardıcıl qələbələrimizə baxmayaraq, bu münaqişənin sülh yolu ilə, atəşkəs yolu ilə həlli üçün böyük addımlar atdınız.

Allah bütün şəhidlərimizə rəhmət, müharibə zamanı yaralanmış qazilərimizə şəfa versin. Mən də keçən ilki döyüşlərdə bir neçə yerdən qəlpə yarası aldım. Bir gözümü itirsəm də, Vətən müharibəsindəki iştirakımla fəxr edirəm.

Müzəffər Ali Baş Komandan, Sizin diqqət və qayğınız nəticəsində qazi kimi 3 otaqlı mənzillə təmin olunmağım məni və ailə üzvlərimi çox sevindirdi.

Allah Sizi və ailənizi qorusun! Xalq Sizi çox sevir. Siz öz fəaliyyətinizlə xalqın qəlbində böyük sevgi və dərin hörmət qazanmısınız.

Qarabağ Azərbaycandır!

Hörmətlə,

Tağıyev Arzuman Mirzə oğlu

Azərbaycan Respublikası, Lənkəran rayonu, Zövlə kəndi.