14 oktyabr 2021, 18:00

Vəfa Məmmədovadan, Ağcabədi, Azərbaycan

Hörmətli cənab Prezident,

Sizin Xocavəndə səfərinizi böyük qürurla izlədim. Gələcəkdəki quruculuq planlarınız bizi doğma torpaqlarımıza qayıtmağa daha da ruhlandırdı.

Azərbaycan xalqı Sizin “dəmir yumruğ”unuz və güclü iradəniz sayəsində daha bir şanlı qəhrəmanlıq salnaməsi yazaraq özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdi və tarixi Zəfər çaldı.

Qalib xalqın qalib Sərkərdəsi, Sizin müdrik qərarlarınızla bu bəladan da minimum zərərlə qurtulub dədə-baba torpaqlarımıza qovuşduq.

Sizinlə fəxr edirik.

Qarabağ Azərbaycandır!

Hörmətlə,

Məmmədova Vəfa Nizaməddin qızı,

Xocavənd rayonu, Muğanlı kənd 1 saylı məktəbin müəllimi.

Azərbaycan Respublikası, Ağcabədi rayonu.