14 oktyabr 2021, 17:45

Gözəl Hüseynovadan, Gəncə, Azərbaycan

Hörmətli cənab Prezident,

Ötən il müharibə dövründə mənfur düşmənlərimiz tərəfindən Gəncə şəhərinə atılmış raket nəticəsində zərər görmüş evlər üçün ayrılan yardımdan bizim ailə də yararlandı. Bununla əlaqədar Sizə böyük təşəkkürümüzü bildiririk.

Sizin “Mən hər bir Azərbaycan vətəndaşının Prezidentiyəm” sözləriniz həyatda öz yerini tapır. Biz Sizi hər zaman dəstəkləyir, daim Sizinlə fəxr edirik.

İnanırıq ki, Sizin sayənizdə Azərbaycanın haqq səsinin bütün dünyaya çatdırılması yeni uğurlarımıza cığır açacaqdır. Bu işdə Sizə və hörmətli Mehriban xanıma uğurlar arzulayırıq.

Hörmətlə,

Hüseynova Gözəl Cəlil qızı

Azərbaycan Respublikası, Gəncə şəhəri.