14 oktyabr 2021, 17:30

Səma Hüseyinzadədən, Ağcabədi, Azərbaycan

Hörmətli cənab Prezident,

Mən kollektivimiz adından ölkəmizdə hökm sürən əmin-amanlığa və tərəqqiyə görə Sizə dərin minnətdarlığımı bildirirəm. Sizin Xocavənd rayonunun Hadrut qəsəbəsinə etdiyiniz səfəri izləyərkən böyük fərəh hissi keçirdim. Təməlini qoyduğunuz yeni məscidin tikintisinə və qeyd etdiyiniz kimi bundan sonra da həyata keçirəcəyiniz layihələrə görə Sizə təşəkkür edərək, ən ümdə vəzifəmi yerinə yetirməyi özümə borc bilirəm.

Sevinirəm ki, bu xalqı bir amal uğrunda, dəmir yumruq kimi birləşdirərək birlik nümayiş etdirdiniz.

Tanrı Sizi qorusun!

Hörmətlə,

Hüseyinzadə Səma Şükrət qızı,

Xocavənd rayonu, Muğanlı kənd 1 saylı məktəbin müəllimi.

Azərbaycan Respublikası, Ağcabədi rayonu.