14 oktyabr 2021, 17:00

Seymur Köçəriyevdən, Ağcabədi, Azərbaycan

Hörmətli cənab Prezident.

Sizin Xocavənd rayonuna səfəriniz və orada əhali ilə görüşünüz zamanı söylədiyiniz fikirlər bir Xocavənd rayon müəllimi kimi məni çox təsirləndirirdi. Sizin xalqımıza nə qədər yaxın və doğma olduğunuzu hiss etdim. Bütün fəaliyyətiniz dövründə Vətən və xalqımız üçün gördükləriniz gözlərim qarşısında canlandı. Ali Baş Komandan kimi Sizin rəhbərliyinizlə ordumuzun tarixi Qələbəsi bizi qürurlandırır. Xüsusilə Şuşanın azad olunması son dərəcə əzəmətlidir. Otuz illik yurd həsrətinə son qoymağınızla qəlbimizdə yurd saldınız.

Öz doğma kəndimizə qayıtdıqda Sizin şərəfinizə bir Xan çinarı əkəcəyəm. Sizə çinar ömrü qədər uzun ömür arzulayıram.

Hörmətlə,

Köçəriyev Seymur Sərdar oğlu

Xocavənd rayonu Muğanlı kənd 1 saylı tam orta məktəbin müəllimi

Azərbaycan Respublikası, Ağcabədi rayonu.