14 oktyabr 2021, 15:00

Suğra Süleymanovadan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident,

Sizin qətiyyətli iradəniz və düşmənin başını əzən dəmir yumruğunuz, Ordumuzun şücaəti sayəsində qazandığımız möhtəşəm Zəfərin birinci ildönümü yaxınlaşır.

Artıq bir ilə yaxındır ki, işğaldan azad edilmiş torpaqlarımızda üçrəngli bayrağımız dalğalanır və bu da hər birimizə böyük fəxarət hissi yaşadır. Qürur duyuruq ki, Sizin kimi Müzəffər Ali Baş Komandanın rəhbərlik etdiyi qalib ölkənin vətəndaşlarıyıq.

Hörmətli Prezident, Sizin azad edilmiş torpaqlarımıza hər səfərinizi, orada yenidənqurma tədbirlərində iştirakınızı sevinc göz yaşları ilə izləyirəm. Bu günlərdə Xocavənd rayonunun Hadrut qəsəbəsinə və Tuğ kəndinə səfəriniz, rayon ictimaiyyətinin nümayəndələri ilə görüşünüz ürəyimi dağa döndərdi. Mənim üçün bu sevinc dolu anları yaşamaqdan böyük xoşbəxtlik ola bilməz. Bir xocavəndli olaraq Sizə dərin minnətdarlığımı bildirirəm.

Allah Sizin kölgənizi Azərbaycan xalqının başı üzərindən əskik etməsin.

Hörmətlə,

Süleymanova Suğra İdris qızı,

Xocavənd rayonundan məcburi köçkün.

Azərbaycan Respublikası, Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi.