14 oktyabr 2021, 13:50

Ələddin Quliyevdən, Beyləqan, Azərbaycan

Hörmətli cənab Prezident,

Sizin Xocavənd rayonunun Hadrut qəsəbəsinin işğaldan azad edilməsi ilə əlaqədar rayon ictimaiyyətinin nümayəndələri ilə görüşünüzü çox böyük qürur və fərəh hissi ilə izlədim.

Mən uzun illər polis orqanlarında xidmət etmişəm, Birinci Qarabağ müharibəsinin iştirakçısıyam.

Cənab Prezident, Sizin rəhbərliyinizlə torpaqlarımızın işğaldan azad olunması, orada aparılan abadlıq və quruculuq işləri bizi ürəkdən sevindirir.

Allah Sizi qorusun.

Hörmətlə,

Quliyev Ələddin Qənimət oğlu,

Xocavənd rayon sakini.

Azərbaycan Respublikası, Beyləqan rayonu, Yeni Xocavənd qəsəbəsi.