14 oktyabr 2021, 12:40

Fatma Məmmədovadan, Sumqayıt, Azərbaycan

Möhtərəm cənab Prezident, Müzəffər Ali Baş Komandan!

Sizi Qubadlı rayonunda görməyimizə çox şad olduq. Bütün Azərbaycan xalqı Sizinlə fəxr edir. Biz əminik ki, Qubadlı rayonu və kəndləri əvvəlkindən daha gözəl olacaq. Hər səfərinizdə qeyd etdiyiniz kimi, biz işğaldan azad olunmuş yerləri Sizin sayənizdə dirçəldəcəyik. Bizi ən çox sevindirən gözəl Şuşamıza Qubadlıdan keçən yol oldu. Ən çoxu da ona görə sevindim ki, bu yol bizim kəndimizdən keçir. Çünki yol mədəniyyətdir, yol inkişafdır. Əminəm ki, yeni yollar yeni uğurlara yol açacaq.

Bütün bu müvəffəqiyyətə görə Sizə təşəkkür edir, gələcək fəaliyyətinizdə uğurlar arzulayıram.

Hörmətlə,

Məmmədova Fatma,

Qubadlı rayonu, Yusifbəyli kənd sakini.

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.