13 oktyabr 2021, 18:00

Nail Babayevdən, Füzuli, Azərbaycan

Möhtərəm cənab Prezident,

Torpaqlarımızın işğaldan azad edilməsinə nail olduğunuz üçün Sizə təşəkkür edirik. Fəxr edirik ki, Sizin kimi xalqına, millətinə sadiq rəhbərimiz var.

Siz qısa bir müddətdə həm torpaqlarımızı işğaldan azad etdiniz, həm də dərhal həmin ərazilərin bərpasına başladınız. Bu, Sizin qətiyyətinizin, möhkəm iradənizin təcəssümüdür.

Yaşadığımız şanlı Zəfər sevinci, Sizin rəhbərliyinizlə Qarabağın azad edilməsi hamımızda böyük ruh yüksəkliyi yaratmışdır.

Əziz Prezidentimiz, xalqımızın rifahı naminə gördüyünüz işlərə, göstərdiyiniz qayğıya görə Sizə minnətdarlığımızı bildiririk.

Tanrı Sizi qorusun!

Hörmətlə,

Babayev Nail Fazil oğlu,

Azərbaycan Respublikası, Füzuli rayonu, Seyidəhmədli kəndi.