13 oktyabr 2021, 17:41

Ehtiram Aslanovdan, Füzuli, Azərbaycan

Möhtərəm cənab Prezident,

Sizin mükəmməl işlənilmiş hərbi taktikanızla torpaqlarımız işğaldan azad edildi. Azad Qarabağ Sizin uzaqgörən siyasətinizin nəticəsidir. Siz ən lazımi anda öz əks-hücum əmrinizi verməklə necə böyük bir Lider olduğunuzu bir daha xalqımıza və bütün dünyaya göstərdiniz. Bütün dünya mənfur düşmənin Sizin qurduğunuz Ordu qarşısında tab gətirə bilmədiyinin şahidi oldu.

Biz əminik ki, Sizin rəhbərliyinizlə Azərbaycan regionda və daha geniş coğrafiyada yeni uğurları ilə nümunə olacaq və xalqımız daim rifah içində yaşayacaq.

Cənab Prezident, həmişə olduğu kimi daim Sizin yanınızdayıq. Uca Tanrı Sizi qorusun.

Hörmətlə,

Aslanov Ehtiram Əlqəmə oğlu

Azərbaycan Respublikası, Füzuli rayonu, Yuxarı Yağlıvənd kəndi.