13 oktyabr 2021, 15:30

Ramazan Qasımzadədən, Zərdab, Azərbaycan

Hörmətli cənab Prezident,

Sizin rəhbərliyinizlə Vətən müharibəsində qazandığımız şanlı Zəfər nəticəsində ölkəmizin ərazi bütövlüyü bərpa edildi. Siz xalqımızın Qarabağ həsrətinə son qoydunuz, Azərbaycan tarixinə torpaqlarımızı düşməndən azad edən qalib Sərkərdə kimi düşdünüz. “Dəmir yumruq” əməliyyatı ilə düşməni diz çökdürərək sübut etdiniz ki, bizim möhkəm iradəli, qətiyyətli Ali Baş Komandanımız, güclü Ordumuz, qüdrətli dövlətimiz var. Sizin yürütdüyünüz uzaqgörən daxili və xarici siyasət sayəsində Azərbaycan döyüş meydanı ilə yanaşı, siyasi-diplomatik arenada da, informasiya mübarizəsində də çox böyük uğurlar qazandı. Sizin kimi müdrik, cəsarətli liderimizin olması ilə fəxr edirik.

Müzəffər Ali Baş Komandan, mən də İkinci Qarabağ müharibəsində iştirak etmişəm və bundan qürur duyuram. Sizin müharibə iştirakçılarına göstərdiyiniz diqqət və qayğıdan çox razıyıq. Siz atdığınız addımlarla hər zaman vətəndaşlarımızın yanında olduğunuzu sübut edirsiniz. Həyata keçirdiyiniz islahatların nəticələri ölkəmizin hər yerində olduğu kimi, yaşadığım Zərdab rayonunda da özünü göstərir. Sizə sonsuz təşəkkürümüzü bildiririk. Sizi dəstəkləyirik və hər zaman dəstəkləyəcəyik.

Ulu Tanrı Sizi və ailənizi qorusun!

Hörmətlə,

Qasımzadə Ramazan Fərhad oğlu

Azərbaycan Respublikası, Zərdab rayonu.