13 oktyabr 2021, 14:51

Sevda İbrahimovadan, Beyləqan, Azərbaycan

Hörmətli cənab Prezident,

İyirmi səkkiz il yurd həsrəti ilə yaşayan xocavəndlilərin ən böyük arzusu doğma yurdlarına qayıtmaq idi. Biz doğma torpaqlarımıza qayıdacağımız günü səbirsizliklə gözləyirdik. Siz bu günü yaşatmaqla bizə sonsuz sevinc və xoşbəxtlik bəxş etdiniz. Rayonumuza səfəriniz isə doğma evlərimizə qayıdacağımız günün uzaqda olmadığını göstərdi.

Mən bir müəllim, ən əsası Qarabağlı olaraq bizə torpaqlarımızın azadlığını bəxş etdiyiniz üçün Sizə minnətdaram.

Sizin güclü siyasətiniz və dəmir yumruğunuz Azərbaycan Ordusunun gücünü bir daha bütün dünyaya sübut etdi.

Sizə möhkəm cansağlığı və uzun ömür arzulayıram.

Allah Sizi üstümüzdən əskik etməsin!

Hörmətlə,

İbrahimova Sevda Qubad qızı, Xocavənd rayonundan məcburi köçkün.

Azərbaycan Respublikası, Beyləqan rayonu.