13 oktyabr 2021, 12:43

İngilis Tağıyevdən, Xocavənd, Azərbaycan

Hörmətli cənab Prezident,

Uğurlu Hadrut əməliyyatından bir il ötür. Strateji əhəmiyyətli bu tarixi torpaqlarımızı düşmən tapdağından xilas etdiyiniz üçün Sizə minnətdarıq.

Sizin Hadruta səfəriniz, orada yenidənqurma işləri ilə maraqlanmağınız Xocavənd sakinləri olaraq bizi daha da ümidləndirdi. Hədəflərimizə çatdıqca biz özümüzü daha xoşbəxt hiss edirik. Ölkəmizdəki sabitliyə, davamlı inkişafa görə Sizə minnətdarıq. Sizin siyasətinizin daimi dəstəkçisiyik.

Sizə uzun ömür, cansağlığı arzulayırıq.

Hörmətlə,

İngilis Tağıyev,

Xocavənd rayon Qaradağlı kənd tam orta məktəbinin direktoru.

Azərbaycan Respublikası, Xocavənd rayonu, Qaradağlı kəndi.