13 oktyabr 2021, 12:00

Aynur Salayevadan, Sabirabad, Azərbaycan

Hörmətli cənab Prezident!

Belə həssas bir dövrdə aztəminatlı ailələrin problemlərinin həlli, sosial təminatının yaxşılaşdırılması, rifahının daha da yüksəldilməsi, sağlamlığının qorunması istiqamətində gördüyünüz işləri alqışlayırıq.

Siz hər zaman atdığınız addımlarla siyasətinizin mərkəzində insan amilinin dayandığını sübut edirsiniz. Bir daha bəyan edirik ki, dövlətçiliyimizin inkişafı, millətimizin xoşbəxtliyi, ölkəmizin ərazi bütövlüyü uğrunda apardığınız mübarizədə daim Sizi dəstəkləyir və Sizinləyik.

Hər şey üçün təşəkkür edirik.

Hörmətlə,

Salayeva Aynur Kamal qızı

Azərbaycan Respublikası, Sabirabad şəhəri