12 oktyabr 2021, 18:43

Rəhim Alışovdan, Sabirabad, Azərbaycan

Hörmətli cənab Prezident.

Xalqımıza göstərdiyiniz xidmətlərə görə Sabirabad rayon sakinləri adından Sizə minnətdarlığımızı bildirirəm.

Sizin və Mehriban xanımın Azərbaycan xalqına olan qayğısını hər zaman hiss edirik. Qarabağdakı Zəfərimiz və koronavirus pandemiyasının aradan qaldırılması üçün görülən tədbirlər biz sakinlərdə xoş gələcəyə inam yaradıb. Ulu Yaradan Ümummilli Liderimizin layiqli davamçısı kimi Sizi və Azərbaycan xalqını qorusun.

Hörmətlə,

Alışov Rəhim Xanış oğlu

Azərbaycan Respublikası, Sabirabad şəhəri