12 oktyabr 2021, 17:00

Elza Rəhimovadan, Ağcabədi, Azərbaycan

Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan,

2021-ci il oktyabrın 9-da Xocavənd rayonunun Hadrut qəsəbəsinə səfər etməyiniz Xocavənd rayon sakinlərini çox sevindirdi. Biz bilirik ki, 44 günlük müharibədə qalib gəlməyimizin başlıca səbəbi Ali Baş Komandan kimi Sizin hünəriniz və zəhmətinizdir.

İnanırıq ki, işğaldan azad olunmuş torpaqlarımız da Sizin sayənizdə ən inkişaf etmiş yaşayış məskənlərinə çevriləcəkdir. Biz ən böyük sevincimizi onda yaşayacağıq.

Allah Sizi qorusun!

Hörmətlə,

Rəhimova Elza İngilis qızı,

Xocavənd rayonundan məcburi köçkün.

Azərbaycan Respublikası, Ağcabədi rayonu.