12 oktyabr 2021, 16:00

Hətəmxan Şirinovdan, Xocavənd, Azərbaycan

Hörmətli cənab Prezident, qalib Ordunun Müzəffər Ali Baş Komandanı!

Sizin komandanlığınızla Hadrutun azad olunmasından bir il ötdü. Artıq Hadrutda yeni dövr başlayıb. Hadrutun bərpası işlərinə start verilib. Hadrut-Cəbrayıl-Şükürbəyli, Tuğ-Hadrut, Hadrut-Füzuli avtomobil yollarının tikintisi, “Hadrut” qovşaq yarımstansiyasının və məscidin təməlinin qoyulması bizi ürəkdən sevindirir, gələcəyə nikbin baxmağa səsləyir.

Qarabağımızın çiçəklənməsi uğrunda gördüyünüz bu təqdirəlayiq işlərə görə Sizə öz minnətdarlığımı bildirirəm.

Hörmətlə,

Şirinov Hətəmxan

Azərbaycan Respublikası, Xocavənd rayonu, Qaradağlı kəndi.