12 oktyabr 2021, 15:14

Sürəyya Məmmədovadan, Ağcabədi, Azərbaycan

Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan,

Siz 44 günlük Vətən müharibəsi nəticəsində doğma torpaqlarımızı mənfur düşmənin işğalından azad etməklə bizə elə böyük xoşbəxtlik bəxş etdiniz ki, bunu sözlə ifadə etmək mümkün deyil. Bu günlərdə Xocavənd rayonunun Hadrut qəsəbəsinə və Tuğ kəndinə səfər etməklə bizə növbəti dəfə sevincli və qürurlu anlar yaşatdınız. Hadrut qəsəbəsinin işğaldan azad olunmasının birinci ildönümünü Xocavənd rayon ictimaiyyətinin nümayəndələri ilə qeyd etməyiniz bizim üçün xüsusi önəm kəsb edən hadisədir. Siz bizi ən böyük arzumuza qovuşdurdunuz. Allah Sizdən razı olsun.

Möhtərəm Prezident, Qarabağımız işğaldan azad ediləndən dərhal sonra orada bərpa və yenidənqurma işlərinin başlanılması ilə bağlı tapşırıqlarınız, bu işlərə bilavasitə nəzarət etməyiniz, tədbirlərdə şəxsən iştirakınız doğma yurd-yuvamıza tezliklə qayıdacağımıza olan inamımızı daha da möhkənləndirdi. Biz Sizə güvənirik, Sizinlə fəxr edirik. Hər zaman Sizin arxanızdayıq, yürütdüyünüz siyasəti daim dəstəkləyəcəyik.

Ulu Tanrıdan Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar diləyirik.

Hörmətlə,

Məmmədova Sürəyya Hüseyn qızı,

Xocavənd rayon Xocavənd kənd 1 saylı tam orta məktəbin direktoru.

Azərbaycan Respublikası, Ağcabədi rayonu.