12 oktyabr 2021, 14:13

Minəvvər İbrahimovadan, Ağcabədi, Azərbaycan

Möhtərəm cənab Prezident,

Sizin Xocavənd rayonunun Hadrut qəsəbəsində bir sıra bərpa və yenidənqurma tədbirlərində iştirakınız, o cümlədən yeni məscidin təməlini qoymağınız, Tuğ kəndinə səfəriniz, qəsəbənin işğaldan azad edilməsinin birinci ildönümündə rayon ictimaiyyətinin nümayəndələri ilə görüşünüz bizi olduqca sevindirdi və fərəhləndirdi. Siz bizim 30 illik torpaq həsrətimizə son qoydunuz. Sizə dərin minnətdarlığımızı bildiririk.

Əziz Prezidentimiz, Siz çıxışınızda qeyd etdiniz ki, artıq Hadrutun və ümumiyyətlə, Qarabağın yeni dövrü başlayır. Çox qısa müddətdə gördüyünüz böyük işlərlə həqiqətən bu dövrün başlanmasının şahidi oluruq. Bu işlər Sizin möhkəm əzminizi, qətiyyətinizi, dövlətimizin gücünü, qüdrətini bir daha nümayiş etdirir. Əminik ki, həyata keçirilən yenidənqurma tədbirləri tezliklə başa çatacaq və biz doğma torpaqlarımıza qayıdacağıq. Bizə yaşatdığınız bu xoşbəxt anlara görə çox sağ olun, cənab Prezident.

Sizə uzun ömür, cansağlığı arzu edirik.

Hörmətlə,

İbrahimova Minəvvər Bilal qızı,

Xocavənd rayon Xocavənd kənd 1 saylı tam orta məktəbin müəllimi.

Azərbaycan Respublikası, Ağcabədi rayonu.