12 oktyabr 2021, 11:21

Cavad Süleymanovdan, Şirvan, Azərbaycan

Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan.

Mən Şirvan şəhərində yaşayıram. Din xadimiyəm, xalqıma və Vətənimə xidmət edirəm.

Hər bir Azərbaycan vətəndaşı kimi mən də dövlətimizin qayğı və dəstəyi ilə əhatə olunmuşam. Ailəmdə üç oğul – Vətənimin üç igid əsgəri böyüyür. Ailəmə edilən hər qayğı onların da sevincinə səbəb olur.

Bütün ailə üzvlərim adından vətəndaşların qayğısına qaldığınız üçün Sizə sonsuz təşəkkürümü bildirirəm.

Allah Sizə cansağlığı, uzun ömür nəsib etsin. Allah bu izzətinizi daha da uca etsin. Mən bir din xadimi kimi Sizin ali hədəflərinizə xidmət etməyi özümü şərəf bilib, son nəfəsimə kimi Vətənimə, dövlətimə qulluq edəcəyəm.

Allah Sizi qorusun, var olun!

Hörmətlə,

Süleymanov Cavad Ramiz oğlu

Azərbaycan Respublikası, Şirvan şəhəri.