11 oktyabr 2021, 13:06

Amin Quliyevdən, Şirvan, Azərbaycan

Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan.

Sizin iradəniz və qətiyyətinizlə nisgil dolu həsrətimiz sevinc göz yaşları ilə əvəzləndi.

Sizin imzanızla böyük tarix yazıldı. Hər bir azərbaycanlı kimi mən də qalib ölkənin vətəndaşı olmaqdan şərəf duyuram! “Qarabağ Azərbaycandır!” ifadəsi müharibəmizin və tarixi mübarizəmizin ideyasına çevrildi.

Dünyanın harasında yaşamağımızdan asılı olmayaraq, hər kəsin fəaliyyətində və həyatında “Qarabağ Azərbaycandır!” ideyası dərrakəmizin fəlsəfəsi, böyük hədəflər qoymaq şücaəti, bütöv xalq şüuru olaraq Azərbaycan tarixinin və gələcəyinin mənəvi xəzinəsinə çevrildi.

Yaratdığınız dəyər güclü və firavan Azərbaycan dövlətini əbədi edəcək. Tarixi Qələbəmizə görə Sizə minnətdarıq.

Biz Sizinlə qürur duyuruq. Dövlətinə və millətinə sonsuz sevgisi olan bir vətəndaş olaraq hər zaman Sizin xidmətinizdəyəm!

Yaşasın Azərbaycan!

Hörmətlə,

Quliyev Amin Eldəniz oğlu

Gənclərin Töhfəsi ictimai birliyinin Aran regional ofisinin rəhbəri

Azərbaycan Respublikası, Şirvan şəhəri.