11 oktyabr 2021, 10:19

Çingiz Təhməzovdan, Cəlilabad, Azərbaycan

Hörmətli cənab Prezident.

Azərbaycan Respublikasının vətəndaşları Sizinlə fəxr edirlər. Sizin və Ali Baş Komandanı olduğunuz Ordumuzun sayəsində uzun illər həsrətində olduğumuz torpaqlarımıza qovuşduq. Siz Azərbaycan xalqının ürəyindəki böyük yaranı silib atdınız. İndi xalqımız daha məğrur və qürurludur.

Siz müharibə qazilərini, şəhid ailələrini hər zaman diqqətdə saxlamısınız. Mən də qazi ailəsinin üzvüyəm və bu diqqəti, qayğını görürəm.

Cənab Prezident, Sizə öz dərin minnətdarlığımı bildirirəm. Allah Sizdən razı olsun.

Hörmətlə,

Çingiz Təhməzov

Azərbaycan Respublikası, Cəlilabad şəhəri.