09 oktyabr 2021, 15:12

Hekayət Hümbətova və Xaliq Hümbətovdan, Tərtər, Azərbaycan

Hörmətli və əziz Prezidentimiz.

Sizin Suqovuşan qəsəbəsinin və Talış kəndinin işğaldan azad olunmasının ildönümündə bu yerlərə səfəriniz tərtərlilərdə yüksək əhvali ruhiyyə yaratdi. Ölkə Prezidentinin öz əlləri ilə Suqovuşanda və Talış kəndində qaldırdığı Azərbaycan bayrağı bizi qürulandırdı.

Cənab Prezident, 30 il doğma ocaq, yurd-yuva həsrəti ilə yaşamışıq. Sizin - Ali Baş Komandanın rəhbərliyi altında milli Ordumuzun bizə bəxş etdiyi zəfər günü həsrətimizə son qoydu. Artıq öz ev - eşiyimizə qayıdacağımız günü səbirsizliklə gözləyirik.

İnanırıq ki, Sizin diqqət və qayğınızla düşmənin işğaldan azad olunmuş doğma Suqovuşan qəsəbəsi əvvəlkindən də gözəl olacaq. Suqovuşan qəsəbəsinə çəkilən avtomobil yolu, Suqovuşan-1, Suqovuşan-2, kiçik su elektrik stansiyalarının yenidənqurmadan sonra açılışını etməyiniz qəsəbəmizin gələcək xoş günlərindən xəbər verir.

Möhtərəm cənab Prezident, Suqovuşan qəsəbəsinin sakinlərinə göstərdiyiniz diqqət və qayğıya, uzun illər həsrəti ilə yaşadığımız doğma ocağımızın işğaldan azad edildiyinə görə Sizə - Ali Baş Komandana minnətdarıq. İnanırıq ki, tezliklə səmimi ürək sözlərimizi doğma yurdumuzdan dilə gətirəcəyik.

Hörmətlə,

Hümbətova Hekayət Xəqani qızı

Hümbətov Xaliq Tahir oğlu 

Suqovuşan qəsəbəsinin sakinləri

Azərbaycan Respublikası, Tərtər rayonu.