09 oktyabr 2021, 13:31

Asiman Kərimovdan, Şəki, Azərbaycan

Möhtərəm cənab Prezident.

Sizin rəhbərliyinizlə Vətən müharibəsində Qələbə qazanmağımız, 30 ilə yaxın müddət ərzində mənfur düşmənin tapdağı altında qalmış torpaqlarımızın azad edilməsi Azərbaycan tarixinin şanlı səhifələrindən birini təşkil edir.

Bu Qələbə hər bir vətəndaşımızın qəlbində böyük sevinc və iftixar hissi yaratmışdır. Sizin siyasətiniz nəticəsində Azərbaycan ərazi bütövlüyünü bərpa etdi, xalqımız milli qürurunu özünə qaytardı.

Gördüyünüz bütün işlərin dövlətimizin və xalqımızın parlaq gələcəyinə xidmət etdiyini görür və bunu alqışlayırıq. Biz Sizin siyasətinizi daim dəstəkləmişik və bundan sonra da dəstəkləyirik. Sizə cansağlığı, bütün işlərinizdə uğurlar arzu edirik. Uca Tanrı Sizi və xalqımızı qorusun.

Hörmətlə,

Asiman Kərimov

Azərbaycan Respublikası, Şəki rayonu, Yeni Çələbixan qəsəbəsi.