08 oktyabr 2021, 17:50

Həbib Baxşıyevdən, Astara, Azərbaycan

Hörmətli cənab Prezident,

Sizin ölkəmizə rəhbərlik etdiyiniz dövr bir çox yeniliklərlə, köklü islahatlarla zəngin olmuşdur. Ölkəmizdə bir sıra sahələrlə yanaşı, məhkəmə-hüquq sistemində də son illər ərzində böyük islahatlar həyata keçirilmişdir. Bu islahatlar vətəndaşların hüquqlarının qorunması, məhkəmə sistemində ədalətliliyin yüksəldilməsi işinə əlverişli zəmin yaratmışdır.

Mən bir vətəndaş olaraq bu il oktyabrın 5-də bunun bir daha şahidi oldum. Məhkəmədə olan işimə obyektiv baxılaraq ədalətli qərar verildi.

Cənab Prezident, ölkəmizdə haqq-ədalətin bərqərar olunması yolunda göstərdiyiniz xidmətlərə görə Sizə şəxsən öz adımdan və ailəm adından minnətdarlığımı bildirirəm.

Hörmətlə,

Baxşıyev Həbib

Azərbaycan Respublikası, Astara rayonu, Kijəbə qəsəbəsi.