08 oktyabr 2021, 16:00

Niyazi Şirinovdan, Bakı, Azərbaycan


Hörmətli cənab Prezident,

Mən Birinci Qarabağ müharibəsində iştirak etmişəm. O vaxtlar orduda vahid komandanlıq olmadığından biz torpaqlarımızı itirmişdik. Lakin bu gün Sizin sayənizdə Azərbaycan dünyada qalib ölkə kimi tanınır. Uzun illər çəkilən zəhmət öz bəhrəsini verdi və biz torpaqlarımızı işğaldan azad etdik.

Siz Azərbaycan Ordusunun daha da gücləndirilməsini, ölkəmizin sosial-iqtisadi inkişafını və digər mühüm məsələləri daim diqqətdə saxlayırsınız. Ölkə vətəndaşlarının sosial problemlərinin həlli də bu sıradadır. Sizin ölkəmizə rəhbərliyiniz dövründə insanları narahat edən bir çox məsələlər öz həllini tapmışdır.

Mən hazırda inşaat işlərində çalışıram. İş yerimdə üzləşdiyim problemlə əlaqədar Sizə müraciət etmişdim. Müraciətimə baxıldı və mənə lazımi dəstək göstərildi.

Əziz Prezidentimiz, göstərilən köməyə görə Sizə təşəkkür edirəm. Biz hər zaman Sizinləyik..

Hörmətlə,

Şirinov Niyazi,

Birinci Qarabağ müharibəsi iştirakçısı.

Azərbaycan Respublikası, Bakı şəhəri.