08 oktyabr 2021, 13:15

Niyaz Süleymanovdan, Sumqayıt, Azərbaycan

Hörmətli cənab Prezident,

Beynəlxalq Müəllimlər Gününü qalib xalqın qalib övladı olaraq qeyd edirik. Sizin Sərəncamınızla bir qrup təhsil işçisinin orden və medalla təltif edilməsi, bir qrupunun isə "Əməkdar müəllim" fəxri adına layiq görülməsi müəllim əməyinə verilən qiymətin təzahürüdür. Təhsil işçilərinə verdiyiniz dəyərə və diqqətə görə Sizə dərin minnətdarlığımı və təşəkkürümü bildirirəm. Ulu öndər dahi Heydər Əliyev vaxtilə təhsil işçiləri qarşısında mühüm vəzifələr qoymuşdur.

Gənclərimizin 44 günlük Vətən müharibəsində Qələbənin əldə edilməsində böyük şücaəti olmuşdur. Belə qorxmaz, cəsur əsgər və zabitlərimizin vətənpərvərlik ruhunda böyümələrində müəllimlərimizin müstəsna rolu və əzmkarlığı danılmazdır.

Cənab Prezident, həyat bir məktəbdir. Bu məktəbin dahi və Baş müəllimi Sizsiniz! Hər zaman bizə vətənpərvərlik dərsi, əqidə dərsi, yenilməzlik dərsi keçirsiniz. Bu dərslərin dinləyiciləri olan bizlər Sizin dahiyanə fikirlərinizi qəbul etmişik.

Hörmətlə,

Süleymanov Niyaz

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.