08 oktyabr 2021, 11:10

İsa İsayevdən, Naftalan, Azərbaycan

Möhtərəm cənab Prezident,

Ümummilli liderimiz Heydər Əliyevin qurub yaratdığı müasir müstəqil dövlətdə yaşamaq böyük bəxtiyarlıqdır. İnşallah Azərbaycan hələ çox bəxtiyarlıqlara qovuşacaq. Çünki onun keşiyində mətinliklə dayanan Müzəffər Ali Baş Komandan İlham Heydər oğlu Əliyevdir!

Şəhərimizin davamlı sosial-iqtisadi inkişafına daim diqqət yetirməyiniz, dünyanın müasir kurort mərkəzlərindən birinə çevrilməsində göstərdiyiniz xidmətlər, həmçinin Naftalana son səfərinizdən sonra verdiyiniz sərəncamla avtomobil yollarının əsaslı təmir olunması, məhəllələrarası yeni yolların çəkilməsi bizi ürəkdən sevindirir, qürurlandırır.

Bir Azərbaycan gənci olaraq Sizinlə fəxr edirəm. Uca Allah Sizə yar olsun!

Hörmətlə,

İsayev İsa Əlif oğlu

Azərbaycan Respublikası, Naftalan şəhəri.