07 oktyabr 2021, 17:50

Hümeyir Əhmədovdan, Bakı, Azərbaycan

Əziz və hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan!

Beynəlxalq müəllimlər günündə mənim səmərəli elmi-pedaqoji fəaliyyətimə verdiyiniz yüksək dəyərə, məni "Tərəqqi" medalı ilə təltif etdiyinizə görə Sizə öz dərin minnətdarlığımı bildirirəm.

Sizin təhsilin və elmin inkişafı naminə gördüyünüz xeyirxah işlər bizi daim rövnəqləndirir. Bu sahədə apardığınız strategiya qarşımızda yeni üfüqləri fəth etmək üçün xüsusi imkanlar yaradır. Bütün xalqımız kimi elm və təhsil işçiləri də əzəli torpaqlarımızın mənfur erməni-faşist düşmənlərdən azad olunmasında Sizin məxsusi xidmətlərinizi alqışlayır. Biz daim Sizin daxili və xarici siyasətinizi dəstəkləyirik. Ölkəmizin tərəqqisi naminə elm və təhsilimizin inkişafına öz töhfəmizi bundan sonra da daim verəcəyik. Sizə və ailənizə davamlı möhkəm cansağlığı, daimi xoşbəxt həyat və yenidənqurma işlərinizdə uğurlar diləyirik.

Tanrı Sizi qorusun!

Hörmətlə,

Əhmədov Hümeyir,

Rusiya Təhsil Akademiyasının xarici üzvü, pedaqogika üzrə elmlər doktoru, professor.

Azərbaycan Respublikası, Bakı şəhəri, Nərimanov rayonu.