07 oktyabr 2021, 15:40

Vüsalə Məmmədlidən, Sabirabad, Azərbaycan

Hörmətli cənab Prezident,

Sizin rəhbərliyinizlə rəşadətli Ordumuz 30 ilə yaxın müddətdə erməni tapdağında qalan torpaqlarımızı 44 gün ərzində azad etdi. Bu tarixi Qələbə hər bir soydaşımızda əvəzsiz qürur hissi yaratdı. Əsrlər, qərinələr ötsə də bu Qələbə heç zaman yaddaşlardan silinməyəcək.

Buna görə Sizə ailə üzvlərimin minnətdarlığını bildirirəm. Allah Sizə daima cansağlığı versin.

Hörmətlə,

Məmmədli Vüsalə Vüsal qızı

Azərbaycan Respublikası, Sabirabad rayonu, Qalağayın kəndi.