07 oktyabr 2021, 14:30

Nüşabə Salayevadan, Lənkəran, Azərbaycan

Möhtərəm cənab Prezident,

Siz Azərbaycan xalqının arzularını, röyalarını gerçəyə çevirirsiniz. Qarabağın azadlığı bir vaxtlar bizə şirin yuxu kimi gəlirdisə, bu gün həqiqətdir.

Müharibə dövründə Siz bir deyil, bir neçə cəbhədə düşmənə qarşı vuruşdunuz, qətiyyətlə mübarizə apardınız.

Ürəyimdən gələn sözləri olduğu kimi deyirəm: Atanızın, ulu öndərimiz Heydər Əliyevin çörəyi Sizə halal olsun!

Müharibə dövründə Sizin çıxışlarınızı, xalqa müraciətlərinizi səbirsizliklə gözləyir, böyük iftixar hissi ilə dinləyirdik. Siz bizə Azərbaycanı və azərbaycanlı olmağı daha da sevdirdiniz. Bütün bunlar Sizin qəlbinizdəki, böyük ürəyinizdəki Vətən sevgisinin şöləsidir.

Cənab Prezident, Siz, Sizə və Azərbaycana qarşı müxalif və düşmən mövqeyində olanları öz dərin zəkanız və əməllərinizlə susdurdunuz. Siz xalqımızın Qəhrəmanısınız. Şəxsən öz adımdan və ailə üzvlərim adından Sizə ürəkdən “çox sağ olun!” deyirəm.

Hörmətlə,

Salayeva Nüşabə Şahverən qızı

Azərbaycan Respublikası, Lənkəran rayonu, Tütəpeştə kəndi.