06 oktyabr 2021, 19:20

Səyyar Əliyevdən, Sankt-Peterburq, Rusiya

Hörmətli cənab Prezident, Müzəffər Ali Bas Komandan,

Siz Azərbaycan tarixinin ən şərəfli səhifələrini yazdınız və böyük quruculuq işləri ilə yazmaqda davam edirsiniz. Qarabağ uğrunda savaşda qazanılan uğurlarla böyük nailiyyətlərə imza atdınız, şəhidlərimizin qisasını aldınız.

Sizə gələcək işlərinizdə, liderliyinizlə qazanılan növbəti uğurlarda müvəffəqiyyətlər arzulayıram. Mən bir azərbaycanlı kimi yaşanılan bu günlərə görə Sizinlə qürur duyuram.

Sizə duyduğumuz hörmət və izzəti ifadə etməkdə çətinlik çəkirəm. Əmin olun ki, necə ki, Sizin dəmir yumruğunuz ətrafında birləşdik, bundan sonra da hər zaman Sizinlə olacağıq.

Siz bizim fəxrimizsiniz! Sizə uzun ömür, cansağlığı arzu edirəm.

Qarabağ Azərbaycandır! Qarabağ bizimdir! Yaşasın Azərbaycan!

Hörmətlə,

Əliyev Səyyar Tacəddin oğlu

Rusiya Federasiyası, Sankt-Peterburq şəhəri.