07 oktyabr 2021, 13:15

Murad Nağıyevdən, Masallı, Azərbaycan

Cənab Prezident, Müzəffər Ali Baş Komandan,

Siz 44 günlük Vətən müharibəsində torpaqlarımızı işğaldan azad etməklə yanaşı, Azərbaycan xalqına onun milli qürurunu qaytardınız. Bu günlərdə Cəbrayıl rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə bildirdiyiniz kimi, Siz həm beynəlxalq hüququ, həm tarixi ədaləti, həm də insani ədaləti bərpa etdiniz. Siz dəmir yumruğunuz hesabına düşməni diz çökdürdünüz, ölkəmizin ərazi bütövlüyünü bərpa etdiniz, şanlı Zəfərlə adınızı tariximizə qızıl hərflərlə yazdınız. Sizin kimi müdrik, qətiyyətli, cəsarətli Prezidentimizin olması ilə fəxr edirik.

Əziz Prezidentimiz, tarixi Qələbəmiz xalqımızın birliyini möhkəmləndirdi, eyni zamanda, Sizə olan güvənini, məhəbbətini daha da artırdı. İşğaldan azad edilmiş ərazilərimizdə bu gün Sizin bilavasitə nəzarətinizlə həyata keçirilən bərpa, yenidənqurma işləri dövlətimizin gücünü, qüdrətini bütün dünyaya bir daha nümayiş etdirir. Azərbaycanı bugünkü inkişaf səviyyəsinə Siz çatdırmısınız. Əminik ki, Sizin rəhbərliyinizlə ölkəmiz bundan sonra daha da inkişaf edəcək.

Ulu Tanrı Sizi və ailənizi qorusun!

Hörmətlə,

Nağıyev Murad İlqar oğlu

Azərbaycan Respublikası, Masallı rayonu.