07 oktyabr 2021, 12:10

Svetlana Əzizovadan, Tərtər, Azərbaycan

Müzəffər Ali Baş Komandan, əziz Prezidentimiz!

Sizi torpaqlarımız işğaldan azad olunduqdan sonra qəhrəman Tərtərimizdə görməyə çox şad olduq. Sizinlə bütün Azərbaycan xalqı fəxr edir.

Qalib ölkənin qalib Prezidenti, Müzəffər Ali Baş Komandanı, 30 ildən sonra bizə işğal altındakı torpaqlarımızı geri qaytardığınız üçün Sizə minnətdarıq. İndi Qarabağdan danışanda başımızı aşağı dikmir, "Qarabağ Azərbaycandır!” - deyirik. Düyünlənmiş dəmir yumruğumuz düşmənin başını əzdi və biz Sizin rəhbərliyinizlə Qələbə sevincini yaşadıq. Sizin Suqovuşanda dayanıb düşmənə dediyiniz sözlər hər birimizin ürəyindən xəbər verdi: “Mən buradayam, Suqovuşandayam, mən Şuşadayam, mən Hadrutdayam, mən Xocavənddəyəm, hər yerdəyəm. Siz haradasınız?! Cəhənnəmdə, gorbagor statusla bir yerdə. Vəssalam, qurtardı, bitdi”.

Cənab Prezident, Siz bizim qəlbimizdəsiniz. Həmişə xalqla bir yerdə olduğunuz, hər bir vətəndaşın Prezidenti olduğunuz üçün xalq Sizinlədir, Sizi, Sizin siyasətinizi dəstəkləyir. Ulu Öndərin adına layiq oğul, Ordumuza layiq Ali Baş Komandan, respublikamıza layiq Prezidentsiniz!

Nə yaxşı ki, varsınız, nə yaxşı ki, bizim Prezidentimizsiniz.

Hörmətlə,

Əzizova Svetlana

Azərbaycan Respublikası, Tərtər şəhəri.