06 oktyabr 2021, 18:30

Elmar Qulamovdan, Masallı, Azərbaycan

Möhtərəm cənab Prezident,

Məni “Tərəqqi” medalı ilə təltif etdiyiniz üçün məktəbimizin kollektivi adından Sizə minnətdarlığımı bildirirəm.

Siz hər bir sahədə çalışan, hər bir kateqoriyadan olan vətəndaşlara öz diqqətinizi, qayğınızı göstərirsiniz. “Mən bütün Azərbaycan xalqının, hər bir Azərbaycan vətəndaşının Prezidentiyəm” sözlərinizin həyatda reallığa çevrildiyini görürük.

Cənab Prezident, Sizin diqqətiniz şəxsən məni daha da həvəslə çalışmağa, öz Vətənimə daha çox xeyir verməyə səsləyir. Çalışacağam bu etimadı, bu diqqəti öz işimlə gələcəkdə də doğruldum.

Hörmətlə,

Qulamov Elmar,

“Tərəqqi” medallı təhsil işçisi.

Azərbaycan Respublikası, Masallı rayonu, Bala Kolatan kəndi.