İlham Əliyev Fransanın Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfirinin etimadnaməsini qəbul etmişdir

04 iyul 2012, 15:00
İlham Əliyev Fransanın Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfirinin etimadnaməsini qəbul etmişdir

Prezident İlham Əliyev Fransanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Paskal Mönyenin etimadnaməsini qəbul etmişdir.

Səfir Paskal Mönye fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Paskal Mönye etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Azərbaycan ilə Fransa arasında ikitərəfli əlaqələrin zəngin tarixə malik olduğunu deyən dövlətimizin başçısı ölkələrimizin əməkdaşlığının uğurla inkişaf etdiyini vurğuladı. Əməkdaşlığımızın bir çox sahələrdə fəal şəkildə genişləndiyini qeyd edən Prezident İlham Əliyev bu əlaqələrin gələcəkdə daha da möhkəmlənəcəyinə əminliyini ifadə etdi. Azərbaycan ilə Fransa arasında iqtisadi sahədə, o cümlədən enerji təhlükəsizliyi ilə bağlı əməkdaşlığın genişləndiyini deyən dövlətimizin başçısı çoxlu sayda fransız şirkətlərinin Azərbaycandakı fəaliyyətinin önəmini qeyd etdi.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı məsələlər müzakirə edildi, münaqişənin həlli ilə bağlı Azərbaycanın mövqeyi bir daha səfirin diqqətinə çatdırıldı. Görüşdə, həmçinin Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının perspektivlərinə dair fikir mübadiləsi aparıldı.

Prezident İlham Əliyev səfirə fəaliyyətində uğurlar arzuladı.

SƏNƏDLƏR Sərəncamlar 14 aprel 2025
11:18
Cəlilabad rayonunun Sərhədabad–Əliabad–Zəhmətabad–Soltankənd avtomobil yolunun əsaslı təmiri ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Yeddi min nəfər əhalinin yaşadığı 9 yaşayış məntəqəsini birləşdirən Sərhədabad–Əliabad–Zəhmətabad–Soltankənd avtomobil...

14 aprel 2025, 11:18
SƏNƏDLƏR Fərmanlar 14 aprel 2025
11:14
“Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 7 mart tarixli 150-VIIQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının...

14 aprel 2025, 11:14
SƏNƏDLƏR Fərmanlar 14 aprel 2025
11:10
“Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 28 fevral tarixli 144-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi...

14 aprel 2025, 11:10
SƏNƏDLƏR Qanunlar 14 aprel 2025
11:08
“Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci və 16-cı bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun...

14 aprel 2025, 11:08
SƏNƏDLƏR Qanunlar 14 aprel 2025
11:04
“Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumətləri arasında rəqəmsal iqtisadiyyat üzrə tərəfdaşlıq Sazişi”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

2024-cü il noyabrın 6-da Bişkek şəhərində imzalanmış “Türk Dövlətləri...

14 aprel 2025, 11:04