Türkiyədə işgüzar səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev Dolmabaxça sarayında Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan ilə görüşmüşdür.
Görüşdə ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etməsindən məmnunluq ifadə olundu.
Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) layihəsinin Avropanın enerji təhlükəsizliyinə, o cümlədən ölkələrimiz arasında energetika sahəsində əməkdaşlığın genişləndirilməsinə töhfə verəcəyinin vurğulandığı görüşdə Azərbaycan-Türkiyə əlaqələrinin bundan sonra da inkişaf edəcəyinə əminlik ifadə olundu.