İlham Əliyev Kəngərli rayonunda “N” saylı hərbi hissədə qərargah binasının açılışında iştirak etmişdir

30 may 2012, 16:25
İlham Əliyev Kəngərli rayonunda “N” saylı hərbi hissədə qərargah binasının açılışında iştirak etmişdir

Prezident İlham Əliyev Kəngərli rayonunda Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində qərargah binasının açılışında iştirak etmiş, əsgər yataqxanası, yeməkxanası və məişət kompleksi ilə tanış olmuşdur.

Naxçıvan qarnizonunun rəisi, general-leytenant Kərəm Mustafayev Prezident, Ali Baş Komandan İlham Əliyevə raport verdi.

Hərbi hissənin ərazisi ilə tanış olan Ali Baş Komandana məlumat verildi ki, qərargahın üçmərtəbəli yeni binası bütün lazımi avadanlıqla təchiz olunmuşdur. Hərbi hissənin ərazisində geniş yaşıllaşdırma və abadlıq işləri aparılmışdır. Şəxsi heyətin hərbi vətənpərvərlik ruhunun gücləndirilməsi məqsədilə bütün lazımi tədbirlər həyata keçirilmişdir.

Dövlət başçısı qərargah binasının rəmzi açılışını bildirən lenti kəsdikdən sonra burada yaradılan şəraitlə tanış oldu.

Qərargahın birinci mərtəbəsinin foyesində hərbi hissənin döyüş bayrağı mühafizə olunur. Burada hərbi hissənin zabit heyəti üçün iş otaqları və istirahət guşəsi yaradılmışdır. Qərargahın ikinci mərtəbəsində hərbi hissənin döyüş yolunu əks etdirən guşə də vardır. Bu mərtəbədə ulu öndər Heydər Əliyevin Naxçıvan Muxtar Respublikasının coğrafi vəziyyətinin strateji əhəmiyyəti barədə fikirlərini əks etdirən stend quraşdırılmışdır. Stenddə ümummilli liderin 1999-cu ilin oktyabrında bu hərbi hissədə olması ilə bağlı fotoşəkillər nümayiş olunur.

Qərargahın üçüncü mərtəbəsinin foyesində isə Prezident, Ali Baş Komandan İlham Əliyevin ölkəmizin ordu quruculuğu sahəsinə diqqət və qayğısını əks etdirən fotoguşə yaradılmışdır. Burada hərbi hissənin zabit heyəti üçün təlim sinifləri də fəaliyyət göstərir. Bu siniflərdə taktiki və planlaşdırma proqramları, döyüş əmrlərinin icrası ilə bağlı təlimlər keçirilir.

Sonra dövlətimizin başçısı hərbi hissənin əsgər yataqxanasında yaradılan şəraitlə tanış oldu.

Bildirildi ki, beşmərtəbəli binada əsgərlərin istirahəti üçün hər cür şərait vardır. Birinci mərtəbədə əsgərlərin döyüş ruhunun yüksəldilməsi məqsədilə Azərbaycanın xalq qəhrəmanlarının və tarixi abidələrimizin şəkilləri nümayiş etdirilir.

Burada, həmçinin silah otağı, dəftərxana və digər inzibati otaqlar yerləşir. Əsgərlərin şəxsi bacarığının üzə çıxarılması məqsədilə yaradılan guşələrdə isə onların yaradıcılıq nümunələri, divar qəzeti və hərbi qaydalar haqqında stendlər asılmışdır. İdeoloji otaqda isə hərbçilərin mənəvi-psixoloji vəziyyətinin yüksəldilməsi, vətənpərvərlik ruhunun artırılması məqsədilə dərslər keçirilir.

Sonra Prezident İlham Əliyev hərbi hissənin həyətində nümayiş olunan silah-sursat və hərbi texnikaya baxdı.

Daha sonra dövlətimizin başçısı əsgər yeməkxanasında yaradılan şəraitlə tanış oldu.

İkimərtəbəli binanın birinci mərtəbəsində əsgər çayxanası və istirahət guşəsi yaradılmışdır.

Dövlət başçısı şəxsi heyətin gündəlik qida normasında istifadə edilən məhsullara baxdı. Qeyd olundu ki, şəxsi heyətin gündəlik qida normasında üstünlük daha çox yüksək keyfiyyətli yerli ərzaq məhsullarına verilir.

Binanın ikinci mərtəbəsindəki əsgər yeməkxanasında şəxsi heyətin yüksək kalorili qida ilə təminatı üçün hər cür şərait yaradılmışdır. Binada ayrıca çörək sexi, ərzaq və əşya anbarları, emalatxana, camaşırxana və qazanxana da yerləşir.

Hərbi hissənin ərazisində ayrıca xəstəxana da fəaliyyət göstərir.

Hərbi hissədə yaradılan şəraitlə tanış olan dövlətimizin başçısı tapşırıq və tövsiyələrini verdi.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 30 yanvar 2025
19:25
“Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında”, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” və “Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatı haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 29 dekabr tarixli 118-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində, Azərbaycan...

30 yanvar 2025, 19:25
SƏNƏDLƏR Qanunlar 30 yanvar 2025
19:23
Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında”, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” və “Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatı haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin (Azərbaycan...

30 yanvar 2025, 19:23
SƏNƏDLƏR Sərəncamlar 29 yanvar 2025
10:30
“III MDB Oyunlarının 2025-ci ildə Azərbaycanda keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 10 iyul tarixli 198 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“III MDB Oyunlarının 2025-ci ildə Azərbaycanda keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında” Azərbaycan Respublikası...

29 yanvar 2025, 10:30
SƏNƏDLƏR Fərmanlar 28 yanvar 2025
16:28
“Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 10 dekabr tarixli 82-VIIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 713-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 8 iyul tarixli 938 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 10 dekabr...

28 yanvar 2025, 16:28