İlham Əliyev Özbəkistanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul etmişdir

17 may 2012, 12:50
İlham Əliyev Özbəkistanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul etmişdir

Prezident İlham Əliyev Özbəkistan Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Şerzod Fayziyevin etimadnaməsini qəbul etmişdir.

Səfir Şerzod Fayziyev fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Şerzod Fayziyev etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Şerzod Fayziyev Özbəkistan Prezidenti İslam Kərimovun ən xoş arzularını dövlətimizin başçına çatdırdı.

Ölkələrimiz arasında münasibətlərin inkişafının razılıq doğurduğunu vurğulayan dövlətimizin başçısı bu münasibətlərin səmimi, dostluq xarakteri daşıdığını dedi. Prezident İlham Əliyev ötən il dövlət müstəqilliyinin 20 illiyini qeyd edən Azərbaycanın və Özbəkistanın bu illər ərzində böyük uğurlar qazandığını bildirdi. Özbəkistana səfərlərini məmnunluqla xatırlayan Prezident İlham Əliyev xalqlarımız və iki ölkənin dövlət rəhbərləri arasında yaxşı münasibətlərin mövcud olmasının əlaqələrimizin inkişafındakı önəmini qeyd etdi. Səfirə fəaliyyətində uğurlar arzulayan dövlətimizin başçısı iqtisadi xarakterli layihələrin reallaşa biləcəyi yeni mərhələdə münasibətlərimizin daha da möhkəmləndirilməsi işinə səfirin töhfəsini verəcəyinə ümidvar olduğunu bildirdi.

Azərbaycan ilə Özbəkistan arasında münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayan səfir Şerzod Fayziyev bu əlaqələrin, o cümlədən iki ölkənin dövlət başçıları arasında mövcud olan münasibətlərin səmimi xarakter daşıdığını dedi.

Dövlət başçısı Prezident İslam Kərimovun ən xoş arzularına görə minnətdarlığını bildirdi, onun da ən xoş arzularını Özbəkistanın dövlət başçısına çatdırmağı xahiş etdi

gallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 07 aprel 2025
19:25
Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 9 dekabr tarixli 224 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiya haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 9 dekabr tarixli 224 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999,...

07 aprel 2025, 19:25
SƏNƏDLƏR Fərmanlar 07 aprel 2025
19:23
“İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı”nın təsdiqi və “İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 2 noyabr tarixli 1654 nömrəli Fərmanının ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 1 iyul tarixli 1732 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

PDF yükləyin

07 aprel 2025, 19:23
SƏNƏDLƏR Sərəncamlar 04 aprel 2025
11:37
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyindəki elmi müəssisələrin fəaliyyətinin optimallaşdırılması və səmərəliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyindəki elmi müəssisələrin fəaliyyətinin optimallaşdırılması və səmərəliliyinin...

04 aprel 2025, 11:37