16:38

Rusiya Federasiyasına işgüzar səfəri çərçivəsində Moskvada, Böyük Kreml sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğızıstan dövlətinin başçısı Almazbek Atambayevin görüşü olmuşdur.
Görüşdə ölkələrimiz arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə inkişafından, eləcə də hökumətlərarası komissiyanın fəaliyyətindən məmnunluq ifadə olundu. Qarşılıqlı səfərlərin ikitərəfli münasibətlərin inkişafına böyük töhfə verdiyi vurğulandı.
İkitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün yaxşı imkanların mövcud olduğunun bildirildiyi görüşdə dövlətlərimiz və xalqlarımız arasında münasibətlərin möhkəm dostluq və qardaşlıq prinsiplərinə əsaslandığı vurğulandı.
Aprelin 23-də Pekində Çin Xalq Respublikasının Sədri Si Cinpinin və birinci xanım Pen Liyuanın adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi ziyafət verilib.
23 aprel 2025, 12:15Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri çərçivəsində aprelin 23-də Pekində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji...
23 aprel 2025, 10:57