Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

10 may 2012, 10:30

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin 1-ci hissəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8, I kitab, maddə 584; 2001, № 1, maddə 24, № 3, maddə 139, № 7, maddə 455, № 11, maddələr 680, 698, № 12, maddə 731; 2002, № 1, maddə 9, № 4, I kitab, maddə 165, № 5, maddələr 234, 237, 239, № 6, maddə 326, № 8, maddə 463, № 12, maddə 692; 2003, № 1, maddələr 3, 13, 23, № 4, maddələr 177, 178, № 5, maddə 228, № 6, maddələr 257, 276, 279, № 8, maddələr 407, 425, № 12, I kitab, maddələr 676, 696, II kitab, maddələr 713, 714; 2004, № 1, maddələr 6, 7, 10, 13, № 4, maddələr 200, 201, 204, № 5, maddələr 313, 314, 317, 321, № 6, maddə 397, № 8, maddələr 596, 597, № 10, maddələr 762, 779, № 11, maddə 900, № 12, maddə 973; 2005, № 1, maddələr 5, 6, № 2, maddə 61, № 4, maddələr 272, 273, 275, 278, № 6, maddələr 462, 466, № 7, maddə 576, № 8, maddələr 691, 692, № 10, maddələr 875, 877, 904, № 11, maddələr 993, 994, 995, № 12, maddələr 1083, 1085; 2006, № 2, maddələr 64, 68, № 3, maddələr 219, 220, 223, 225, № 5, maddə 385, № 6, maddə 478, № 11, maddələr 923, 924, 932, № 12, maddələr 1005, 1020, 1024; 2007, № 1, maddələr 3, 4, № 2, maddələr 65, 68, № 5, maddələr 397, 398, 401, 440, № 6, maddələr 560, 561, 562, 579, № 8, maddə 757, № 10, maddələr 935, 936, 938, 940, № 11, maddələr 1048, 1049, 1053, 1070, 1077, 1080, 1089, 1091, № 12, maddələr 1195, 1211, 1217, 1218, 1221; 2008, № 2, maddə 47, № 3, maddələr 146, 152, 159, № 4, maddə 249, № 5, maddə 340, № 6, maddələr 454, 460, 461, 464, № 7, maddələr 601, 602, 605, № 8, maddələr, 699, 701, 711, № 10, maddələr 884, 885, № 11, maddələr 956, 957, № 12, maddələr 1045, 1047, 1049; 2009, № 2, maddələr 36, 45, 49, 52, 53, № 5, maddələr 309, 315, № 6, maddələr 404, 405, № 7, maddələr 517, 518, 519, № 8, maddə 611, № 12, maddələr 953, 954, 966, 971; 2010, № 2, maddələr 70, 71, № 3, maddələr 167, 171, 178, № 4, maddələr 275, 276, № 5, maddələr 379, 380, № 6, maddə 483, № 7, maddələr 577, 591, 594, 595, 598, 600, № 10, maddə 838, № 11, maddələr 936, 938, 949, № 12, maddə 1059; 2011, № 2, maddələr 70, 71, № 3, maddələr 162, 164, 167,168, 170, № 4, maddələr 246, 254, № 6, maddələr 470, 479, 487, № 7, maddələr 596, 614, № 10, maddə 881, № 11 maddə 981, Azərbaycan Respublikasının 2011-ci il 15 noyabr tarixli 238-IVQD, 239-IVQD, 244-IVQD, 248-IVQD, 251-IVQD nömrəli, 13 dekabr tarixli 268-IVQD nömrəli, 30 dekabr tarixli 285-IVQD nömrəli, 2012-ci il 14 fevral tarixli 300-IVQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:

1. 28.3-cü maddədə “151.3-cü” sözündən sonra “151.3-1-ci, 151-1.2-ci, 151-1.3-cü,” sözləri əlavə edilsin, “və 156-cı” sözləri “, 156-cı və 158-1.3-cü” sözləri ilə, “10” rəqəmləri “12” rəqəmləri ilə əvəz edilsin.
2. 151.1-ci maddə üzrə:
2.1. “Yolda müəyyən edilmiş hərəkət sürətinin 10-30 km/saat həddində aşılmasına, yol” sözləri “Yol” sözü ilə əvəz edilsin;
2.2. “dayanma və ya durma,”, “işıq cihazlarından, səs siqnallarından, təhlükəsizlik kəmərlərindən və ya motodəbilqələrdən istifadə,”, “ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasında və ya 5.12, 5.13 yol nişanlarından 15 metrdən az yaxınlıqda digər nəqliyyat vasitələrinin dayanmasına və ya durmasına,” sözləri çıxarılsın;
2.3. “on beş manatdan iyirmi manatadək miqdarda” sözləri “iyirmi manat miqdarında” sözləri ilə əvəz edilsin.
3. 151.2-ci maddə üzrə:
3.1. “Yolda müəyyən edilmiş hərəkət sürətinin 30-60 km/saat həddində aşılmasına, svetoforun” sözləri “Svetoforun” sözü ilə əvəz edilsin;
3.2. “, 3.2 “Hərəkət qadağandır” yol nişanları” sözləri “yol nişanı” sözləri ilə əvəz edilsin;
3.3. “əks istiqamətli nəqliyyat axınlarının hərəkət zolağına keçilməsinə” sözləri “sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə” sözləri ilə əvəz edilsin;
3.4. “iyirmi manatdan qırx manatadək miqdarda” sözləri “qırx manat miqdarında” sözləri ilə əvəz edilsin.
4. 151.3-cü maddə üzrə:
4.1. “Yolda müəyyən edilmiş hərəkət sürətinin 60 km/saat həddindən artıq aşılmasına, dəmiryol” sözləri “Dəmiryol” sözü ilə əvəz edilsin;
4.2. “ümumi istifadədə olan nəqliyyat vasitəsini sərnişinləri mindirmək və ya düşürtmək üçün bu məqsədlə xüsusi olaraq müəyyən edilmiş dayanacaq meydançalarından və ya 5.12, 5.13 nişanları ilə işarələnmiş dayanacaq yerlərindən kənarda dayandırılmasına,” sözləri çıxarılsın;
4.3. “qırx manatdan altmış manatadək miqdarda” sözləri “altmış manat miqdarında” sözləri ilə əvəz edilsin.
5. Aşağıdakı məzmunda 151.3-1-ci maddə əlavə edilsin:
“151.3-1. Birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görə -
yüz manat miqdarında cərimə edilir.”.
6. 151.4-cü maddədə “151.3-cü,” sözündən sonra “151.3-1-ci, 151-1.2-ci, 151-1.3-cü,” sözləri əlavə edilsin, “və 156-cı” sözləri “, 156-cı, 158-1.2-ci və 158-1.3-cü” sözləri ilə, “10” rəqəmi “12” rəqəmi ilə əvəz edilsin.
7. 151.5-ci maddədə “151.1-151.3-cü” sözləri “151.1-151.3-1-ci və 151-1-ci” sözləri ilə, “yüz manatdan yüz qırx manatadək miqdarda” sözləri “iki yüz manat miqdarında” sözləri ilə əvəz edilsin.
8. 151-ci maddənin “Qeyd” hissəsinin 1-ci bəndində “Bu Məcəllənin” sözlərindən sonra “151-1.2-ci maddəsində nəzərdə tutulmuş xətalar 2 balla,” sözləri əlavə edilsin, “151.2-ci maddəsində” sözləri “151.2-ci və 151-1.3-cü maddələrində” sözləri ilə, “155.3-cü” sözü ”151.3-1-ci, 155.3-cü və 158-1.3-cü” sözləri ilə, “5 balla” sözləri “6 balla” sözləri ilə əvəz edilsin.

9. Aşağıdakı məzmunda 151-1-ci və 151-2-ci maddələr əlavə edilsin:

“Maddə 151-1. Yolda müəyyən edilmiş hərəkət sürəti həddini
aşma

151-1.1. Yolda müəyyən edilmiş hərəkət sürətini 10-30 km/saat həddində aşmağa görə –
iyirmi manat miqdarında cərimə edilir.
151-1.2. Yolda müəyyən edilmiş hərəkət sürətini 30-60 km/saat həddində aşmağa görə –
yüz manat miqdarında cərimə edilir.
151-1.3. Yolda müəyyən edilmiş hərəkət sürətini 60 km/saat həddindən artıq aşmağa görə –
yüz əlli manat miqdarında cərimə edilir.

Maddə 151-2. Təhlükəsizlik kəmərlərindən, motodəbilqələrdən,
işıq cihazlarından və səs siqnallarından istifadə qaydalarının pozulması
151-2.1. Motodəbilqə taxmadan və ya onu düymələmədən motosikleti idarə etməyə, yaxud motodəbilqəsi olmayan və ya onu düymələməyən sərnişinləri motosikletdə daşımağa görə -
iyirmi manat miqdarında cərimə edilir.
151-2.2. İşıq cihazlarından və səs siqnallarından istifadə qaydalarını pozmağa görə -
otuz manat miqdarında cərimə edilir.
151-2.3. Təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə -
qırx manat miqdarında cərimə edilir.”.
10. 152.2-ci maddədə “altmış manat” sözləri “yüz manat” sözləri ilə əvəz edilsin.
11. 152.3-cü maddədə “152.1-ci və ya 152.2-ci maddələrində nəzərdə tutulmuş xətaların” sözləri “152.2-ci maddəsində nəzərdə tutulmuş xətanın” sözləri ilə əvəz edilsin və “səksən manatdan yüz manatadək miqdarda” sözləri “iki yüz manat miqdarında” sözləri ilə əvəz edilsin.
12. 152.4-cü maddədə “152.1-ci və ya 152.2-ci maddələrində nəzərdə tutulmuş xətalar” sözləri “152.2-ci maddəsində nəzərdə tutulmuş xəta” sözləri ilə əvəz edilsin və “yüz qırx manatdan yüz səksən manatadək miqdarda” sözləri “dörd yüz manat miqdarında” sözləri ilə əvəz edilsin.
13. 152-1-ci maddə üzrə:
13.1. 152-1.1-ci maddədə “səksən manatdan yüz manatadək miqdarda” sözləri “yüz əlli manat miqdarında” sözləri ilə əvəz edilsin;
13.2. 152-1.2-ci maddədə “yüz iyirmi manatdan yüz əlli manatadək miqdarda” sözləri “iki yüz manat miqdarında” sözləri ilə əvəz edilsin;
13.3. 152-1.3-cü maddədə “10” rəqəmi “12”rəqəmi ilə əvəz edilsin
13.4. 152-1.4-cü maddədə “yüz yetmiş manatdan iki yüz manatadək miqdarda” sözləri “üç yüz manat miqdarında” sözləri ilə əvəz edilsin.
14. 152-2-ci maddə üzrə:
14.1. 152-2.1-ci maddədə “yüz əlli manatdan iki yüz manatadək miqdarda” sözləri “iki yüz əlli manat miqdarında” sözləri ilə əvəz edilsin;
14.2. 152-2.2-ci maddədə “iki yüz manatdan üç yüz manatadək miqdarda” sözləri “üç yüz əlli manat miqdarında” sözləri ilə əvəz edilsin;
14.3. 152-2.3-cü maddədə “üç yüz manatdan dörd yüz manatadək miqdarda” sözləri “dörd yüz əlli manat miqdarında” sözləri ilə əvəz edilsin.
15. 152-3-cü maddə üzrə:
15.1. 152-3.1-ci maddədə "qırx manatdan altmış manatadək miqdarda" sözləri "altmış manat miqdarında" sözləri ilə, "yüz əlli manatdan iki yüz manatadək miqdarda" sözləri "iki yüz manat miqdarında" sözləri ilə, "min beş yüz manatdan iki min manatadək miqdarda" sözləri "iki min manat miqdarında" sözləri ilə əvəz edilsin;
15.2. 152-3.2-ci maddədə "səksən manatdan yüz manatadək miqdarda" sözləri "yüz manat miqdarında" sözləri ilə, "iki yüz əlli manatdan üç yüz manatadək miqdarda" sözləri "üç yüz manat miqdarında" sözləri ilə, "iki min beş yüz manatdan üç min manatadək miqdarda" sözləri "üç min manat miqdarında" sözləri ilə əvəz edilsin;
15.3. 152-3.3-cü maddədə "yüz qırx manatdan yüz səksən manatadək miqdarda" sözləri "yüz səksən manat miqdarında" sözləri ilə, "dörd yüz manatdan beş yüz manatadək miqdarda" sözləri "beş yüz manat miqdarında" sözləri ilə, "dörd min manatdan beş min manatadək miqdarda" sözləri "beş min manat miqdarında" sözləri ilə əvəz edilsin.
16. 152-4-cü maddə üzrə:
16.1. 152-4.1-ci maddədə "səksən manatdan yüz manatadək miqdarda" sözləri "yüz manat miqdarında" sözləri ilə, "iki yüz əlli manatdan üç yüz manatadək miqdarda" sözləri "üç yüz manat miqdarında" sözləri ilə, "iki min beş yüz manatdan üç min manatadək miqdarda" sözləri "üç min manat miqdarında" sözləri ilə əvəz edilsin;
16.2. 152-4.2-ci maddədə "yüz əlli manatdan iki yüz manatadək miqdarda" sözləri "iki yüz manat miqdarında" sözləri ilə, "üç yüz manatdan dörd yüz manatadək miqdarda" sözləri "dörd yüz manat miqdarında" sözləri ilə, "üç min manatdan dörd min manatadək miqdarda" sözləri "dörd min manat miqdarında" sözləri ilə əvəz edilsin;
16.3. 152-4.3-cü maddədə "iki yüz manatdan üç yüz manatadək miqdarda" sözləri "üç yüz manat miqdarında" sözləri ilə, "beş yüz manatdan altı yüz manatadək miqdarda" sözləri "altı yüz manat miqdarında" sözləri ilə, "beş min manatdan altı min manatadək miqdarda" sözləri "altı min manat miqdarında" sözləri ilə əvəz edilsin.
17. 152-5-ci maddə üzrə:
17.1. 152-5.1-ci maddədə "yüz əlli manatdan iki yüz manatadək miqdarda" sözləri "iki yüz manat miqdarında" sözləri ilə, "üç yüz əlli manatdan dörd yüz manatadək miqdarda" sözləri "dörd yüz manat miqdarında" sözləri ilə, "üç min beş yüz manatdan dörd min manatadək miqdarda" sözləri "dörd min manat miqdarında" sözləri ilə əvəz edilsin;
17.2. 152-5.2-ci maddədə "iki yüz manatdan üç yüz manatadək miqdarda" sözləri "üç yüz manat miqdarında" sözləri ilə, "beş yüz manatdan altı yüz manatadək miqdarda" sözləri "altı yüz manat miqdarında" sözləri ilə, "beş min manatdan altı min manatadək miqdarda" sözləri "altı min manat miqdarında" sözləri ilə əvəz edilsin;
17.3. 152-5.3-cü maddədə "üç yüz manatdan dörd yüz manatadək miqdarda" sözləri "dörd yüz manat miqdarında" sözləri ilə, "yeddi yüz manatdan səkkiz yüz manatadək miqdarda" sözləri "səkkiz yüz manat miqdarında" sözləri ilə, "yeddi min manatdan səkkiz min manatadək miqdarda" sözləri "səkkiz min manat miqdarında" sözləri ilə əvəz edilsin.
18. 153-cü maddə üzrə:
18.1. 153.2-ci maddədə "altı manatdan on manatadək miqdarda" sözləri "on manat miqdarında" sözləri ilə əvəz edilsin;
18.2. 153.3-cü maddədə "iyirmi manatdan qırx manatadək miqdarda" sözləri "qırx manat miqdarında" sözləri ilə əvəz edilsin;
18.3. 153.4-cü maddədə "iyirmi manatdan qırx manatadək miqdarda" sözləri "qırx manat miqdarında" sözləri ilə əvəz edilsin;
18.4. 153.5-ci maddədə "əlli manatdan yetmiş manatadək miqdarda" sözləri "yetmiş manat miqdarında" sözləri ilə əvəz edilsin.
19. 154-cü maddə üzrə:
19.1. 154.1-ci maddədə “vasitəsinin dövlət qeydiyyatından və texniki baxışdan keçirməməyə” sözləri “vasitəsini dövlət qeydiyyatından və ya texniki baxışdan keçirmədən idarə etməyə” sözləri ilə, "qırx manatdan yetmiş manatadək miqdarda" sözləri "yetmiş manat miqdarında" sözləri ilə əvəz edilsin;
19.2. 154.4-cü maddədə "otuz manatdan qırx manatadək miqdarda" sözləri "qırx manat miqdarında" sözləri ilə əvəz edilsin;
19.3. maddəyə aşağıdakı məzmunda “Qeyd” hissəsi əlavə edilsin:
“Qeyd:
Şəxs bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş nəqliyyat vasitəsini dövlət qeydiyyatından və ya texniki baxışdan keçirmədən idarə etməyə görə inzibati məsuliyyətə cəlb olunduqda 10 gün ərzində nəqliyyat vasitəsini dövlət qeydiyyatından və ya texniki baxışdan keçirməlidir. Bu müddət ərzində şəxs həmin əməlin törədilməsinə görə təkrarən inzibati məsuliyyətə cəlb olunmur.”.
20. 155-ci maddə üzrə:
20.1. 155.1-ci maddədə "on manatdan iyirmi manatadək miqdarda" sözləri "iyirmi manat miqdarında" sözləri ilə əvəz edilsin;
20.2. 155.2.3-cü maddədə “və ya habelə” sözləri “, yaxud” sözü ilə əvəz edilsin, 155.2-ci maddənin sanksiyasında "iyirmi manatdan otuz manatadək miqdarda" sözləri "otuz manat miqdarında" sözləri ilə əvəz edilsin;
20.3. 155.3-cü maddədə "qırx manatdan altmış manatadək miqdarda" sözləri "altmış manat miqdarında" sözləri ilə əvəz edilsin;
20.4. 155.4-cü maddədə "qırx manatdan altmış manatadək miqdarda" sözləri "altmış manat miqdarında" sözləri ilə əvəz edilsin;
20.5. 155.7-ci maddədə “habelə” sözündən sonra “nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan,” sözləri əlavə edilsin, “qırx manatdan altmış manatadək” sözləri “səksən manatdan yüz manatadək” sözləri ilə əvəz edilsin.
21. 156-cı maddədə “yetmiş” sözü “yüz əlli” sözləri ilə əvəz edilsin.
22. 156-1-ci maddədə “on manatdan otuz manatadək miqdarda” sözləri “otuz manat miqdarında” sözləri ilə əvəz edilsin.
23. 158-ci maddə üzrə:
23.1. 158.1-ci maddə çıxarılsın;
23.2. 158.2-ci maddədə "qırx manatdan altmış manatadək miqdarda" sözləri "altmış manat miqdarında" sözləri ilə, "yüz manatdan yüz əlli manatadək miqdarda" sözləri "yüz əlli manat miqdarında" sözləri ilə əvəz edilsin;
23.3. 158.3-cü maddədə "yüz manatdan yüz iyirmi manatadək miqdarda" sözləri "yüz iyirmi manat miqdarında" sözləri ilə əvəz edilsin.
24. Aşağıdakı məzmunda 158-1-ci maddə əlavə edilsin:

“Maddə 158-1. Dayanma, durma və parklanma qaydalarının
pozulması
158-1.1. Dayanma, durma və ya parklanma qaydalarını pozmağa görə -
iyirmi manat miqdarında cərimə edilir.
158-1.2. Ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasında və ya 5.12, 5.13 yol nişanlarından 15 metrdən az yaxınlıqda digər nəqliyyat vasitələrinin dayanmasına və ya durmasına görə -
qırx manat miqdarında cərimə edilir.
158-1.3. Ümumi istifadədə olan nəqliyyat vasitəsini sərnişinləri mindirmək və ya düşürtmək üçün bu məqsədlə xüsusi olaraq müəyyən edilmiş dayanacaq meydançalarından və ya 5.12, 5.13 nişanları ilə işarələnmiş dayanacaq yerlərindən kənarda dayandırmağa görə -
altmış manat miqdarında cərimə edilir.
25. 159-cu maddədə " yetmiş manatdan yüz manatadək miqdarda" sözləri "yüz manat miqdarında" sözləri ilə, "üç yüz manatdan beş yüz manatadək miqdarda" sözləri "beş yüz manat miqdarında" sözləri ilə, "üç min manatdan beş min manatadək miqdarda" sözləri "beş min manat miqdarında" sözləri ilə əvəz edilsin.
26. 159-1-ci maddədə:
26.1. “altı ay müddətinə” sözləri “altı aydan bir ilədək müddətə” sözləri ilə əvəz edilsin;
26.2. aşağıdakı məzmunda “Qeyd” hissəsi əlavə edilsin:
“Qeyd:
Bu Məcəllənin 159-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı, inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur.”.
27. Aşağıdakı məzmunda 314-1-ci maddə əlavə edilsin:

“Maddə 314-1. İnzibati xətalar haqqında işlər üzrə sənədi
qəbul etməkdən imtina və ya onu çatdırmama

314-1.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin yaşadığı yer üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının, yaxud onun işlədiyi yer üzrə müdiriyyətin vəzifəli şəxslərinin bu Məcəllədə müəyyən edilmiş hallarda bildirişi və ya inzibati xətalar haqqında işlər üzrə digər sənədləri ünvan sahibinə çatdırmaq üçün qəbul etməkdən imtina etməsinə görə -
iyirmi manatdan otuz manatadək miqdarda cərimə edilir.”.
314-1.2. Bu Məcəllədə müəyyən edilmiş hallarda bildirişin və ya inzibati xətalar haqqında işlər üzrə digər sənədlərin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin yaşadığı yer üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının, yaxud onun işlədiyi yer üzrə müdiriyyətin vəzifəli şəxsləri və ya sənədin çatdırılması tapşırılmış digər şəxslər tərəfindən səhlənkarlıq nəticəsində ünvan sahibinə çatdırmamasına görə -
otuz manatdan qırx manatadək miqdarda cərimə edilir.”.
28. Aşağıdakı məzmunda 370-1 – 370-4-cü maddələr əlavə edilsin:
“Maddə 370-1. İnzibati xətalar haqqında işlər üzrə sənədlərin
rəsmi qaydada verilməsi
370-1.1. İnzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Sənədin çatdırılmasını hakim məhkəmə işçisinə, səlahiyyətli orqan isə müvafiq orqanın əməkdaşına tapşıra bilər.
370-1.2. Sənəd onu göndərən hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, səlahiyyətli orqan (vəzifəli şəxs), yaxud sənədin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir.
370-1.3. Sənədi çatdırmalı olan şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənəd ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda ünvan sahibinin yaşayış yeri üzrə yerli özünüidarə orqanına, müvafiq icra hakimiyyəti orqanına, yaxud onun iş yerinin müdiriyyətinə verilir. Ünvan sahibinin əvəzinə sənədi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi sənədi ünvan sahibinə verməlidir.
370-1.4. Sənədi çatdırmalı olan rabitə orqanı, yaxud sənədin çatdırılması tapşırılmış şəxs bu işi sənədi aldığı tarixdən sonrakı gündən gec olmayaraq yerinə yetirməli və sənədi çatdırdığı barədə bir gün müddətində müvafiq hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) xəbər verməlidir.
370-1.5. İnzibati xəta haqqında iş üzrə sənəd aşağıdakı hallarda rəsmi qaydada verilmiş hesab edilir:
370-1.5.1. bu Məcəllənin 370-1.2-ci maddəsində nəzərdə tutulmuş hallarda ünvan sahibinə şəxsən verildiyi vaxtdan;
370-1.5.2. bu Məcəllənin 370-1.3-cü maddəsində nəzərdə tutulmuş hallarda:
370-1.5.2.1. ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə şəxsən verildiyi vaxtdan;
370-1.5.2.2. sənədin çatdırılması tapşırılmış digər şəxslər sənədin çatdırılması barədə müvafiq hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) xəbər verdiyi vaxtdan;
370-1.5.3. bu Məcəllənin 407.3-1-ci maddəsində nəzərdə tutulmuş halda nəqliyyat vasitəsinin istifadəçisinə verildiyi vaxtdan.

Maddə 370-2. Qəbzin məzmunu

370-2.0. Bu Məcəllənin 370-1.2-ci maddəsində nəzərdə tutulmuş qəbzdə aşağıdakılar göstərilməlidir:
370-2.0.1. inzibati xəta haqqında iş üzrə sənədi göndərən orqanın adı və ünvanı;
370-2.0.2. sənədin verilməli olduğu şəxsin soyadı, adı, atasının adı və ya hüquqi şəxsin adı və yerləşdiyi ünvan;
370-2.0.3. verilən sənədin adı;
370-2.0.4. verilmənin vaxtı (tarix və saat) və yeri;
370-2.0.5. sənədin verilməməsinin səbəbləri (göstərilən ünvanda olmama, səhv ünvan və sair);
370-2.0.6. sənədin verildiyi şəxs;
370-2.0.7. sənədin çatdırılması tapşırılmış şəxsin, yaxud rabitə orqanı nümayəndəsinin imzası.

Maddə 370-3. İnzibati xəta haqqında iş üzrə sənədi qəbul
etməkdən imtina

370-3.1. İnzibati xəta haqqında işlər üzrə sənədin ünvanlandığı şəxs və ya onunla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri qanuni əsas olmadan sənədi qəbul etməkdən imtina edərsə, sənəd verildiyi ünvanda qalmalıdır. Bu halda sənəd rəsmi qaydada verilmiş hesab olunur.
370-3.2. Ünvan sahibi və ya onunla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri bildirişi qəbul etməkdən imtina etdikdə, onu təqdim edən şəxs bildirişdə müvafiq qeydlər etdikdən sonra həmin bildirişi onu göndərən hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarır. Bu halda bildiriş rəsmi qaydada verilmiş hesab olunur.
370-3.3. Bildirişin ünvan sahibi tərəfindən qəbul edilməsindən imtina barədə qeyd onun yaşayış yeri üzrə yerli özünüidarə orqanı, müvafiq icra hakimiyyəti orqanı və ya onun iş yerinin müdiriyyəti tərəfindən təsdiq edilir.
370-3.4. Bildirişin ünvanlandığı şəxs tərəfindən həmin sənədi qəbul etməkdən imtina edilməsi işə baxılması və ya ayrı-ayrı prosessual hərəkətlərin həyata keçirilməsi üçün maneə deyildir.

Maddə 370-4. Bildirişlər

370-4.1. Hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) bildiriş vasitəsilə inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarını işə baxılmasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar edir, onları işə baxılmasında və ya digər prosessual hərəkətlərin həyata keçirilməsində iştirak etmək üçün çağırırlar.
370-4.2. Bildirişdə aşağıdakılar göstərilməlidir:
370-4.2.1. məhkəmənin və ya səlahiyyətli orqanın (vəzifəli şəxsin) adı, ünvanı və əlaqə üçün məlumatlar (telefon, faks, elektron poçt ünvanı və sair);
370-4.2.2. gəlmə vaxtı (tarix və saat) və yeri;
370-4.2.3. xəbər verilən, yaxud məhkəməyə, səlahiyyətli orqana çağırılan şəxsin soyadı, adı, atasının adı və ya hüquqi şəxsin adı;
370-4.2.4. xəbər verilən, yaxud məhkəməyə, səlahiyyətli orqana çağırılan şəxsin ünvanı və ya hüquqi şəxsin yerləşdiyi ünvan;
370-4.2.5. ünvan sahibinin kim qismində xəbərdar edilməsi və ya çağırılması;
370-4.2.6. ünvan sahibinin xəbərdar edildiyi, yaxud çağırıldığı işin adı;
370-4.2.7. işdə iştirak edən şəxslərə iş üzrə onlarda olan bütün sübutların təqdim edilməsinə dair təklif;
370-4.2.8. ünvan sahibinin olmadığı təqdirdə bildirişi qəbul edən şəxsin imkan olan kimi onu ünvan sahibinə vermək vəzifəsinə dair qeyd;
370-4.2.9. bildirişi qəbul etməkdən imtinaya və ya onun ünvan sahibinə çatdırmamasına görə qanunla məsuliyyət nəzərdə tutulduğu barədə qeyd;
370-4.2.10. xəbər verilən və ya çağırılan şəxsin məhkəməyə və ya səlahiyyətli orqana gəlməməsinin nəticələri və gəlməmənin səbəbləri barədə məlumat vermək vəzifəsinə dair qeyd.
370-4.3. İşdə iştirak edən şəxslərin öz müdafiəsini hazırlamağa və vaxtında gəlmələrinə imkan yaratmaq üçün bildiriş onlara müvafiq prosessual hərəkətin tarixinə ən azı 10 gün qalmış verilir.
370-4.4. Bildiriş bu Məcəllənin 370-1-ci maddəsində nəzərdə tutulmuş qaydada göndərildikdən sonra inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçıları bildirişin məzmununun ötürülməsini təmin etməklə internet, telefon və ya digər rabitə vasitələri ilə də şəxsə əlavə məlumat verə bilərlər.”.
29. Aşağıdakı məzmunda 407.3-1-ci maddə əlavə edilsin:
“407.3-1. Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlər üzrə sənədləri ünvan sahibinə onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapılmaması və onunla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinin olmaması səbəbindən 10 gün ərzində bu Məcəllənin 370-1-ci maddəsində nəzərdə tutulmuş qaydada çatdırmaq mümkün olmadıqda, həmin sənədlərin surətinin verilməsi məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən nəqliyyat vasitəsinin saxlanılması barədə qərar qəbul edilir. Bu halda saxlanılmış nəqliyyat vasitəsinin istifadəçisinə həmin sənədlərin surəti təqdim edildikdən və müvafiq qeydlər aparıldıqdan dərhal sonra nəqliyyat vasitəsi buraxılır.”.
30. 410.1.7-1-ci maddədə “texniki nəzarət etmə vasitələrindən” sözləri “xüsusi texniki vasitələrdən” sözləri ilə əvəz edilsin, “göstəriciləri” sözündən sonra “, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar” sözləri əlavə edilsin.
31. Aşağıdakı məzmunda 410-1-ci maddə əlavə edilsin:

“Maddə 410-1. İnzibati xəta haqqında protokolun inzibati xəta
törətmiş şəxsin iştirakı olmadan tərtib edilməsi

410-1.1. Bu Məcəllənin 151.2, 151.3-1, 151-1.2, 151-1.3 və 158-1.3-cü maddələrində nəzərdə tutulmuş xətalar avtomatik rejimdə işləyən foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, inzibati xəta haqqında protokol həmin xətanı törətmiş şəxsin iştirakı olmadan “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd formasında xətanın törədildiyi gün tərtib edilir və elektron imza ilə təsdiqlənir.
410-1.2. Bu Məcəllənin 410-1.1-ci maddəsində nəzərdə tutulmuş halda inzibati xəta haqqında protokol müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin məlumatlarına əsasən nəqliyyat vasitəsinin istifadəçisi (nəqliyyat vasitəsi icarə müqaviləsi və ya nəqliyyat vasitəsindən istifadə etmə və ya ona dair sərəncam vermə hüquqları ilə bağlı etibarnamə əsasında sonuncu dəfə təkrar dövlət qeydiyyatından keçirilərkən qeydiyyata götürülmüş şəxs, belə məlumat olmadıqda isə nəqliyyat vasitəsinin mülkiyyətçisi) barəsində tərtib edilir. Hüquqi şəxsə məxsus olan və sərnişin və ya yük daşıma xidmətləri göstərən nəqliyyat vasitəsi tərəfindən törədilən xəta avtomatik rejimdə işləyən foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə edən şəxs barədə məlumatlar sorğu əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən təqdim edilir.
410-1.3. İnzibati xəta haqqında protokolda bu Məcəllənin 410.1-ci maddəsində nəzərdə tutulmuş məlumatlar qeyd olunmaqla, protokola inzibati xəta hadisəsinin baş verməsini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədilməsini sübut edən foto və ya video materiallar əlavə olunmalıdır.
410-1.4. Bu Məcəllənin 410-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti və ona əlavə edilmiş materiallar nəqliyyat vasitəsinin istifadəçisinə xətanın törədildiyi vaxtdan 2 gün müddətində bu Məcəllənin 370-1-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verilir. Protokolun əlavə edildiyi müşayiət məktubunda şəxsə inzibati xəta haqqında işə baxılmanın yeri və vaxtı, həmçinin bu Məcəllənin 410-1.6-cı və 410-1.7-ci maddələri barədə məlumat verilir.
410-1.5. Bu Məcəllənin 158-1.1-ci və ya 158-1.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsində olmadığı və nəqliyyat vasitəsinin mühafizə olunan duracağa aparılması mümkün olmadığı hallarda da inzibati xəta törətmiş şəxsin iştirakı olmadan inzibati xəta haqqında protokol tərtib edilir. Bu halda inzibati xəta haqqında protokol müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminin məlumatı əsasında müəyyən edilmiş nəqliyyat vasitəsinin istifadəçisi barədə foto və ya video çəkiliş aparılmaqla tərtib edilir. İnzibati xəta hadisəsinin baş verməsini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədilməsini sübut edən foto və ya video materiallar əlavə olunmaqla həmin protokolun bir surəti nəqliyyat vasitəsinin ön şüşəsinə qoyulur, bir surəti isə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsə xətanın törədildiyi vaxtdan 2 gün müddətində bu Məcəllənin 370-1-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verilir.
410-1.6. Barəsində bu Məcəllənin 410-1.1-ci və ya 410-1.5-ci maddələrində nəzərdə tutulmuş qaydada inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs, həmin protokol ona rəsmi qaydada verildiyi və ya bu Məcəllənin 410-1.5-ci maddəsində nəzərdə tutulmuş qaydada protokolu aldığı vaxtdan 10 gün müddətində səlahiyyətli orqana inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsinin digər şəxsin sahibliyində və ya istifadəsində olması, yaxud digər şəxslərin qanunsuz əməlləri nəticəsində onun sahibliyindən çıxması barədə vəsatətlə müraciət edə bilər. Vəsatət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Vəsatətdə göstərilən məlumatlar təsdiq olunarsa, iştirakı olmadan barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin haqqında olan iş üzrə icraata xitam verilir və inzibati xətanı törətmiş şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün müvafiq tədbirlər görülür. Vəsatət verən şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini kimin idarə etdiyinə dair ehtimalını vəsatətdə göstərə bilər.
410-1.7. İnzibati xəta törətmiş şəxsin iştirakı olmadan tərtib edilmiş protokol rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində bu Məcəllənin 410-1.6-cı maddəsində nəzərdə tutulmuş vəsatət verilmədikdə və ya barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs işin baxılmasında iştirak etmək üçün gəlmədikdə səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan inzibati tənbeh vermə haqqında qərar qəbul edir.
410-1.8. Sürücünün əvvəllər törətdiyi və avtomatik rejimdə işləyən foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalara görə nəqliyyat vasitəsini dayandıraraq törədilmiş belə xətalara dərhal yerində baxılmasını tələb etmək qadağandır.
410-1.9. Bu Məcəllənin 159-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin inzibati xəta haqqında protokolun tərtib edilməsi üçün bu Məcəllənin 370-1—370-4-cü maddələrində nəzərdə tutulmuş qaydada çağırıldıqda və gəlməkdən qəsdən boyun qaçırdıqda, inzibati xəta haqqında protokol inzibati xəta törətmiş şəxsin iştirakı olmadan tərtib edilir və müvafiq sənədlərlə birlikdə baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilir.”.
32. 432.1-ci maddədə “, təqdim edildiyi və ya alındığı gündən” sözləri “bu Məcəllənin 370-1-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan” sözləri ilə əvəz edilsin.
33. 447.1-ci maddədə “İnzibati” sözü “Bu Məcəllənin 23.1.2-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh istisna olmaqla, digər inzibati” sözləri ilə əvəz edilsin.
34. Aşağıdakı məzmunda 456.4-cü maddə əlavə edilsin:
“456.4. Nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs barəsində bu Məcəllənin 159-1-ci maddəsinə əsasən nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması barədə qərar qəbul edildikdə sonuncu qərara əsasən nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması müddəti əvvəlki qərara əsasən təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması müddətinin son günündən etibarən hesablanmağa başlayır.”

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 6 aprel 2012-ci il.

SƏNƏDLƏR Fərmanlar 21 may 2024
17:00
“Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün alınması tələb olunmayan icazələrin siyahısı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün alınması tələb...

21 may 2024, 17:00
SƏNƏDLƏR Fərmanlar 20 may 2024
17:02
“Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1115-VIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının...

20 may 2024, 17:02
SƏNƏDLƏR Fərmanlar 20 may 2024
16:58
“Azərbaycan Respublikasının 2001-ci il 12 iyun tarixli 141-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 19 aprel tarixli 1132-VIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının 2001-ci il 12 iyun tarixli 141-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət...

20 may 2024, 16:58
SƏNƏDLƏR Qanunlar 20 may 2024
16:56
Azərbaycan Respublikasının 2001-ci il 12 iyun tarixli 141-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı və 19-cu bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikasının 2001-ci il 12 iyun tarixli 141-IIQ...

20 may 2024, 16:56
SƏNƏDLƏR Sərəncamlar 20 may 2024
16:54
Azərbaycan Respublikası vətəndaşlarının 2024-cü il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 26-cı bəndini rəhbər tutaraq, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 12.3-cü və 40.1-ci maddələrinə əsasən və Azərbaycan Respublikasının...

20 may 2024, 16:54