13:19
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə uyğun olaraq qərara alıram: ...
14 may 2025, 13:19Prezident İlham Əliyev Ağstafaya səfəri çərçivəsində rayon mərkəzində tamamilə yenidən qurulmuş Heydər Əliyev adına mədəniyyət və istirahət parkında görülmüş işlərlə tanış olmuşdur.
Dövlət başçısına məlumat verildi ki, parkın ətrafında əsaslı yenidənqurma işləri görülmüşdür. Parkın yerləşdiyi Hüseyn Arif küçəsinə asfalt döşənmiş, səkilər, məhəccərlər ən müasir səviyyədə yenilənmişdir. Yol boyunca abadlıq və yaşıllaşdırma işləri görülmüş, ətrafdakı bütün binalar yenidənqurmadan sonra müasir görkəm almışdır.
Bildirildi ki, parkın ümumi ərazisi 4,8 hektardır. Burada hər birinin uzunluğu 12, eni isə 5 metr olan üç fəvvarə inşa edilmişdir. Fəvvarələrin ətrafında sakinlərin istirahətinin yüksək səviyyədə təmin olunması məqsədi ilə yarımkürə formasında mərmərlə üzlənmiş on oturacaq yaradılmışdır. Gəzinti yerlərinə 8,5 min kvadratmetr yanmış qranit döşənmişdir.
Bütün bu tədbirlər nəticəsində park yeni görkəm almışdır. Parkda işıqlandırma və yaşıllıqların suvarılması sistemləri tamamilə yenidən qurularaq ən müasir avadanlıqla təchiz edilmişdir. Ərazidə, həmçinin müasir tipli 124 işıq dirəyi quraşdırılmışdır. İstirahət guşəsindəki müxtəlif xidmət obyektlərində 50 nəfər işlə təmin olunmuşdur.
Parkda ulu öndər Heydər Əliyevin abidə kompleksi ucaldılmışdır. Abidənin fonunda hər birinin hündürlüyü 7, uzunluğu 25 metr olan 12 qranit sütundan ibarət xüsusi guşə yaradılmışdır. Burada bir metr hündürlüyündə və 11 metr uzunluğunda fəvvarə quraşdırılaraq qranitlə üzlənmişdir. Sütunların arxası boyunca əkilmiş həmişəyaşıl ağaclar abidə kompleksini tamamlayır. Parkın ərazisində Gənclər Mərkəzi, yay kinoteatrı, həmçinin “Ana və uşaq” kafesi, veteranlar klubu fəaliyyət göstərir. Bu obyektlər müasir tikinti materialları ilə işlənərək modern üslublu istirahət guşələrinə çevrilmişdir. Ərazidə simsiz internet şəbəkəsi də yaradılmışdır.
Heydər Əliyev adına mədəniyyət və istirahət parkında yaradılmış şəraiti yüksək qiymətləndirən Prezident İlham Əliyev görülmüş işlərdən razılığını bildirdi.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə uyğun olaraq qərara alıram: ...
14 may 2025, 13:19Hörmətli cənab Prezident,
Paraqvay Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.
İnanıram ki,...
14 may 2025, 11:11Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
“Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi...
13 may 2025, 16:59Azərbaycan Respublikası Konstitusiyasının 133-cü maddəsinin IV hissəsini rəhbər tutaraq qərara alıram:
1. Bəhruz Vidadi oğlu Əhmədov Azərbaycan Respublikası Baş prokurorunun müavini – Azərbaycan Respublikasının Hərbi prokuroru təyin...
13 may 2025, 16:57Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156...
12 may 2025, 15:29Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
“İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 29...
12 may 2025, 15:27Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 21 fevral tarixli 535 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,...
12 may 2025, 15:25Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:
2025-ci il fevralın 12-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası...
12 may 2025, 15:23