İlham Əliyev “Şahdağ” Qış-Yay Turizm Kompleksinin tikintisinin birinci mərhələsi üzrə tamamlama işləri ilə tanış olmuşdur

17 fevral 2012, 18:20
İlham Əliyev “Şahdağ” Qış-Yay Turizm Kompleksinin tikintisinin birinci mərhələsi üzrə tamamlama işləri ilə tanış olmuşdur

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Şahdağ qış-yay turizm kompleksinin tikintisinin birinci mərhələsi üzrə tamamlama işləri ilə tanış olmuşlar.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev kompleksin tikintisinin gedişi ilə bağlı dövlətimizin başçısına ətraflı məlumat verdi. Bildirildi ki, Şahdağ qış-yay turizm kompleksi dünyadakı bu tipli komplekslərdən nadirliyi və universallığı ilə fərqlənəcəkdir. Kompleksin tikintisinə hazırlıq işlərinə 2006-cı ildən başlanılmışdır. Həmin il keçirilən tenderdə dünyanın aparıcı şirkətləri qalib gəlmişdir. 2009-cu ilin sentyabrında Prezident İlham Əliyevin iştirakı ilə bu kompleksin təməli qoyulmuşdur.

Diqqətə çatdırıldı ki, Şahdağ qış-yay turizm kompleksi Qusar rayonunun mərkəzindən 32 kilometr məsafədə Şahdağ Milli Parkının ərazisində yerləşir. Dövlətimizin başçısının tapşırığına uyğun olaraq, Şahdağ qış-yay turizm kompleksinə çəkilən avtomobil yolu genişləndirilir, körpülər salınır, torpaq sürüşmələrinin qarşısının alınması üçün mühafizə tədbirləri həyata keçirilir və digər müvafiq işlər görülür. Tikintinin aparıldığı ərazi ekoloji təmizliyi, flora və faunasının zənginliyi ilə seçilir. Bu turizm obyekti dəniz səviyyəsindən 1300-2300 metr yüksəklikdədir. Turizm kompleksinin əsas hissəsi isə dəniz səviyyəsindən 1440-1640 metr yüksəklikdəki yaylaqda yerləşir. Kompleksin 2058 hektar ərazisi vardır. Azərbaycanda və ümumiyyətlə dünyada ən mükəmməl layihələrdən biri olan Şahdağ qış-yay turizm kompleksi oxşar istirahət mərkəzlərindən bənzərsizliyi ilə fərqlənəcək və il boyu fəaliyyət göstərəcəkdir. Bu layihənin reallaşdırılması respublikamızda dağ-xizək idmanı və digər qış idman növlərinin inkişafı üçün hərtərəfli imkanlar açacaqdır. Turistlər yay mövsümündə də burada mənalı istirahət edə biləcəklər.

Qeyd olundu ki, Şahdağ qış-yay turizm kompleksi Azərbaycan tarixində ilk dağ-xizək kurortudur. Kompleksin inşası bir neçə mərhələdə aparılacaqdır. 2011-ci ilin fevralında Prezident İlham Əliyev kompleksin 2 nömrəli kanat yolunun və xizək enişinin açılışında iştirak etmişdir. Bu möhtəşəm obyektin inşasını daim diqqət mərkəzində saxlayan dövlətimizin başçısı ötən ilin sonunda tikintinin gedişi ilə tanış olmuşdur.

Prezident İlham Əliyev kompleksin lift bazasında həyata keçirilən işlərlə maraqlandı. Bildirildi ki, artıq lift bazasında tamamlama işləri görülür. Bu baza kompleksə 2-3 günlük istirahətə gələn turistlər üçün nəzərdə tutulmuşdur. Baza biri yeraltı olmaqla, üç mərtəbədən ibarətdir. Burada xizək avadanlığı kirayəsi bölməsi də vardır.

Dövlət başçısına xizək bölməsində istifadə olunacaq və turistlərin ixtiyarına veriləcək xizək avadanlığı barədə məlumat verildi. Bazada Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, uşaqların dağ-xizək idmanı ilə məşğul olmaları və əylənmələri üçün də hərtərəfli şərait yaradılmışdır.

Azərbaycan Prezidentinə məlumat verildi ki, turistlərin xizək enişinə çatdırılması üçün kanat yolları inşa olunur. 2, 4, 8 və 9 nömrəli liftlərin quraşdırılması başa çatdırılmış, 3 nömrəli liftdə sınaq işi aparılır, 7 nömrəli liftin inşası isə yekunlaşdırılmaq üzrədir. Kompleksdə turistlərin xizəklə sürüşməsi və qış istirahətini sığortalamaq məqsədi ilə süni qaryağdırma sistemi yaradılır. Bunun üçün bütün enişlərdə qar generatorları quraşdırılmışdır. Bazada Almaniya istehsalı olan avadanlıqdan qarın bərkidilməsində və xizək trassının lazımi səviyyəyə gətirilməsində istifadə olunacaqdır. Burada birinci mərhələ çərçivəsində 9 kanat yolu fəaliyyət göstərəcəkdir.

Diqqətə çatdırıldı ki, lift bazasındakı oteldə 40 otaq, restoran, bar, kafe, bilyard otağı, dükanlar, konfrans salonu, tibb məntəqəsi, əməkdaşlar üçün otaqlar, on lift, avtomobil dayanacağı və digər obyektlər vardır.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva nümunə üçün yaradılan otel otaqlarında şəraitlə tanış oldular.
Daha sonra yüksəklikdən kompleksin ərazisini seyr edən dövlətimizin başçısına məlumat verildi ki, birinci mərhələ çərçivəsində qaz generator stansiyasının tikintisi, bütün zəruri daxili kommunikasiyalar və xarici infrastruktur üzrə də xeyli iş görülmüşdür. Kompleksə Qusar rayonundan 35,7 kilometr uzunluğunda orta təzyiqli qaz kəməri çəkilmişdir. 35 kilometrlik kanalizasiya sistemi də istifadəyə hazırdır. 29 kilometr uzunluğunda fiber lifli rabitə xəttinin çəkilişi tamamlanmaq üzrədir. 32,6 kilometrlik 110 kilovoltluq elektrik xəttinin inşası davam edir. İçməli su kəmərinin və təmizləyici qurğuların inşası da başa çatdırılmışdır.

Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya kompleksdə növbəti mərhələdə həyata keçiriləcək infrastruktur işləri barədə ətraflı məlumat verildi. Bildirildi ki, dövlətimizin başçısının tapşırıqlarına əsasən Şahdağ qış-yay turizm kompleksinin ərazisində otellər şəbəkəsi yaradılır. Artıq “Resort” otelində tamamlama işləri görülür. Yeddimərtəbəli oteldə turistlərə prezident nömrəsi, VİP-suit otaq, hər biri ikinəfərlik 170 nömrə, müxtəlif tədbirlərin keçirilməsi üçün üç konfrans salonu, altı restoran, SPA mərkəzi, üzgüçülük hovuzu, uşaq bağçası, xizək kirayəsi məntəqəsi, xizək məktəbi, yeraltı dayanacaq xidmət göstərəcək və digər xidmətlər təklif olunacaqdır. “Resort” otelinin yaxınlığında daha iki yüksək səviyyəli otel fəaliyyət göstərəcəkdir. Həmin otellərdən birinin artıq bünövrəsi qoyulmuş, digərinin isə hazırlıq işləri aparılır. Yaxınlıqda ən müasir standartlara cavab verən ticarət mərkəzi də fəaliyyət göstərəcəkdir. Ərazidə bir kiçik otelin inşası da tamamlanmaq üzrədir. Burada turistlər üçün 26 otaq, sağlamlıq klubu, restoran, bar, kafe və digər əyləncə mərkəzləri nəzərdə tutulur. Həmin otelin yaxınlığında elektrik stansiyası tikilir. Qonşuluqdakı digər infrastruktur obyekti isə yay mövsümündə Şahdağ qış-yay turizm kompleksindəki bütün obyektlərin sərin hava ilə təmin olunmasını mərkəzləşdirilmiş qaydada həyata keçirəcəkdir.

Diqqətə çatdırıldı ki, Şahdağ qış-yay turizm Kompleksi dünya turizm sənayesində xüsusi layihələrdən biri olacaqdır.

Layihənin növbəti mərhələləri çərçivəsində yeni kanat yolları salınacaq, qolf meydançası, müxtəlif klublar, kiçik mehmanxanalar, pansionat, Şahdağ Gənclər Mərkəzi, 900 nömrəlik “Relax” mehmanxana şəbəkəsi, 200 nəfərlik diskoteka binası inşa olunacaq, at ferması fəaliyyət göstərəcəkdir.

Qeyd olundu ki, kompleksin birinci mərhələsi üzrə tikinti işləri dövlət tərəfindən maliyyələşdirilir. Tikintiyə nəzarəti Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan Şahdağ qış-yay turizm kompleksinin müdiriyyəti həyata keçirir.

Kompleksin inşasının növbəti mərhələlərində özəl sektorun da yaxından iştirakı nəzərdə tutulmuşdur.

Komplekslə yaxından tanış olan Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya əyləncə mərkəzlərinin yerləşəcəyi məhəllə barədə ətraflı məlumat verildi.

Dövlət başçısı növbəti mərhələdə həyata keçiriləcək tədbirlərlə bağlı tapşırıq və tövsiyələrini verdi.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 22 may 2025
15:52
“Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 30 may tarixli 889-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 30 may tarixli...

22 may 2025, 15:52
SƏNƏDLƏR Fərmanlar 22 may 2025
15:50
Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 11 fevral tarixli 463 nömrəli Fərmanı ilə təsdiq edilmiş “ASAN ödəniş” informasiya sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 11 fevral tarixli 463 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,...

22 may 2025, 15:50
SƏNƏDLƏR Qanunlar 22 may 2025
15:48
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “İcra məmurları haqqında”, “İcra haqqında”, “İpoteka haqqında” və “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 6-cı, 15-ci və 17-ci bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikasının İnzibati Xətalar...

22 may 2025, 15:48
SƏNƏDLƏR Qanunlar 22 may 2025
15:46
“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, “Üzümçülük və şərabçılıq haqqında”, “Dərman vasitələri haqqında” və “Reklam haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 12-ci və 26-cı bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”...

22 may 2025, 15:46
SƏNƏDLƏR Sərəncamlar 22 may 2025
14:45
Azərbaycanda ətraf mühitin və təbii sərvətlərin qorunmasında xidmətləri olan bir qrup şəxsin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:                           

Azərbaycanda ətraf mühitin və təbii sərvətlərin qorunmasında xidmətləri olan aşağıdakı...

22 may 2025, 14:45
SƏNƏDLƏR Fərmanlar 22 may 2025
14:43
“Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamənin, nazirliyin strukturunun təsdiq edilməsi və aparatının işçilərinin say həddinin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 may tarixli 413 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamənin, nazirliyin strukturunun təsdiq edilməsi və aparatının işçilərinin...

22 may 2025, 14:43
SƏNƏDLƏR Sərəncamlar 22 may 2025
11:05
Naxçıvan şəhərində yerləşən Möminə xatun türbəsi dünya əhəmiyyətli tarix-memarlıq abidəsinin bərpası və konservasiyası ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Naxçıvan şəhərində yerləşən böyük tarix və mədəniyyət yadigarı Möminə xatun türbəsi Azərbaycan milli memarlığının möhtəşəm abidəsi və Şərq memarlığının incilərindən biridir. XII əsrin görkəmli Azərbaycan memarı Əcəmi...

22 may 2025, 11:05