16:38

Davosda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidmer Şlümfün görüşü olmuşdur.
İsveçrənin Prezidenti xanım Eveline Vidmer Şlümf Azərbaycan Prezidenti İlham Əliyevi qarşıladı.
Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafından məmnunluq ifadə olundu və bu münasibətlərin daha da genişləndirilməsinin zəruriliyi qeyd edildi.
Azərbaycan ilə İsveçrə arasında enerji, ekologiya və digər sahələrdə əməkdaşlığın əhəmiyyətinin vurğulandığı görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Aprelin 23-də Pekində Çin Xalq Respublikasının Sədri Si Cinpinin və birinci xanım Pen Liyuanın adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi ziyafət verilib.
23 aprel 2025, 12:15Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri çərçivəsində aprelin 23-də Pekində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji...
23 aprel 2025, 10:57